• Meyvə və tərəvəz qabıqlarını atmayın!

Reseptin məlumatları Baxış sayı: 2 692

Tarix : 25-03-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Demək olar ki, hər gün istifadə etdiyimiz meyvə və tərəvəzlərin qabıqlarını atırıq. Fərqli meyvə və tərəvəzlərin qabıqlarını sağlamlığınız üçün müxtəlif məqsədlərlə istifadə edə biləcəyinizi bilirdiniz?

Avakado qabığını dərinizə tətbiq edərək dərinizi nəmləndirə bilərsiniz.

Portağal qabığını otağın künclərinə qoyaraq milçək və ağcaqanadların olduğunuz yerə gəlməsinin qarşısını ala bilərsiniz.

Banan qabığını şəkər tozu səpib bədəninizə sürtsəniz peeling effekti yaradacaq.

Ət yeməkləri hazırlayarkən onların içərisinə tərəvəz qabıqları əlavə etsəniz bu onlara fərqli bir aroma qatacaq, həm də vitamin dəyərini yüksəldəcək.

Kartof qabıqlarının iç hissəsini göz altlarında saxlayaraq göz altı torbalarınızdan azad ola bilərsiniz.

Rəflərinizə naftalin kimi kimyəvi maddələr qoymaq yerinə portağal qabığını bir paketin içərisinə qoyaraq rəflərinizə yerləşdirə bilərsiniz.
Etiketlər: qabığını, bilərsiniz, milçəkləri, istifadə, qoyaraq, qabıqlarını, içərisinə, tərəvəzlərin, meyvə, aroma, qatacaq, dəyərini, yüksəldəcək, vitamin, əlavə, tərəvəz, onların, hazırlayarkən, qabıqları, Kartof, onlara
BİZİ İZLƏYİN