• Hər gün 4 qoz ləpəsini yeməyin saysız-hesabsız faydaları

Reseptin məlumatları Baxış sayı: 2 691

Tarix : 10-05-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Qoz bütün dünyada ən faydalı və qiymətli qida məhsulu sayılır.

Müalicəvi və profilaktik xüsusiyyətlərinə görə qoz bütün digər çərəzlər arasında əsl çempiondur.

Qida mütəxəssisləri hər gün 4 qoz ləpəsi yeməyi tövsiyə edirlər. Bunun insan sağlamlığına saysız-hesabsız faydaları vardır:

- Ürək və damarı xəstəliklərdən qoruyur.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- İnsult və infarktın riskini azaldır.

- Şəkərli diabetin riskini azaldır.

- Metabolik sindromunun profilaktikasıdır.

- Beyinin fəaliyyətini yaxşılaşdırır.

- İnsanın əhvalını yaxşılaşdırır.

- Təzyiqi tənzimləyir.

- Güclü antioksidant xüsusiyyətlərinə görə orqanizmi hüceyrə səviyyəsində qoruyur.

- Tərkibində olan L-arginin maddəsi sayəsində damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

- Orqanizmdə iltihabları azaldır.

- Artritin riskini azaldır.

- Süd vəzi xərçənginin riskini azaldır.

- Prostat vəzi xərçənginin riskini azaldır.

- Kişilərdə potensiyanı yaxşılaşdırır.

- Yaddaşı yaxşılaşdırır.

- Beyinin erkən qocalmasının qarşısını alır.

- Yodla zəngin olduğundan qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təzir edir.

- Sümüklərin sağlamlığına müsbət təzir edir.

- Arıqlamağa kömək edir.
Etiketlər: azaldır, riskini, yaxşılaşdırır, sağlamlığına, xərçənginin, bütün, xüsusiyyətlərinə, Beyinin, müsbət, qarşısını, qoruyur, təzir, maddəsi, sayəsində, arginin, trombların, damarlarda, hüceyrə, Güclü, tənzimləyir
BİZİ İZLƏYİN