• Sarımsağın sağlamlıq üçün növbəti faydası

Reseptin məlumatları Baxış sayı: 2 411

Tarix : 15-05-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Sarımsağın faydaları saymaqla bitmir. Elmi araşdırmalar sarımsağın yeni və yeni müalicəvi xüsusiyyətlərini üzə çıxardır.

Belə ki, Lyuisvill Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, sarımsaq bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqlarda iltihabı azaldır və həmçinin yaddaş və beyinin digər funksiyalarına müsbət təsir edir.

Bunun səbəbi sarımsağın tərkibində olan "allilsulfid" adlı maddədir.

Alimlər qeyd edir ki, sarımsaqdan fayda almaq üçün onu çiy halda yemək lazımdır. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək tövsiyə olunur ki, bu halda onun faydalı xüsusiyyətləri xeyli artır.
Etiketlər: sarımsağın, halda, sarımsaqdan, fayda, almaq, yemək, Alimlər, maddədir, Bunun, səbəbi, tərkibində, allilsulfid, lazımdır, əvvəl, faydalı, olunur, xüsusiyyətləri, xeyli, artır, tövsiyə
BİZİ İZLƏYİN