• Püstə erkən qocalmanın qarşısını alır

Reseptin məlumatları Baxış sayı: 2 659

Tarix : 21-05-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir. Axşam.az xəbər verir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər.

Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.

Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları olan bu çərəz sinir sistemi üçün çox faydalıdır.

Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir. Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək.
Etiketlər: Püstə, təbii, püstə, təmin, yaxşılaşdırır, zehni, fəaliyyəti, faydalıdır, sinir, kalium, selen, mineralları, çərəz, hüceyrələrin, sistemi, böyüməsini, istifadə, müalicəsində, edilir, enerji
BİZİ İZLƏYİN