• Qarpızın 7 vacib faydası

Reseptin məlumatları Baxış sayı: 20 637

Tarix : 28-07-2015, 10:00

Bölmə : Faydalı bitkilər


Qida dəyəri yüksəkdir.
150 qram qarpızın 92%-i sudur.Tərkibində 12 qram karbohidrat,1 qram zülal və 2% lif vardır.A,C və B1 vitaminləri vardır.Kalium baxımından zəngindir.Ayrıca fermentlər,üzvi turşular və təbii şəkər daxildir,lakin hər şeydən əvvəl antioksidanlar baxımından son dərəcə zəngindir.

Antioksidandır.
Qarpız C vitamini və likopen, beta-karoten,lutein, zeaksantin və kriptoksantin kimi antioksidan falvonoidlərin mükəmməl qaynağıdır.Bu güclü antioksidanlar yaşlanma və xəstəlik qarşısını almaqda əhəmiyyətli bir qoruyucu olaraq qəbul edilir,sərbəst radikallara qarşı bədənimizi müdafiə əhəmiyyət daşıyır.

Nəmləndirir.
Dehidratasiya təhlükəsini azaldarkən, bədənin tər ilə itirdiyi maye və mineralların yerinə gəlməsinə kömək edir.Yay susuzluğunu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.

Sidik qovucudur.
Bədənin zərərli toksinlərini çölə atmağa kömək edir.Sidik qovucu xüsusiyyəti vardır.Qaraciyəri təmizləyir,böyrək funksiyalarını tənzimləyər.

Enerji verir.
Qarpız B6 və B1 vitaminləri və təbii enerji gücləndiricilərinə malikdir.Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir.

İmmunitet sistemi.
C vitamini,likopen və digər güclü antioksidanların yüksək miqdarı təbii müdafiəni artırar.Bütün bu birləşmələrin xəstəlikləri qabaqlamaq,sərbəst radikal ziyanına qarşı bədənimizi qorumaq və immunitet sistemini gücləndirmək üçün mükəmməl bir qabiliyyəti vardır.

Gözlər.
Likopen və vitamin qarpızda olan,göz sağlamlığı üçün çox əhəmiyyətli birləşmələrdir.Onlar torlu qişanın degenerasiyası və göz ilə əlaqədar digər problemlərə qarşı qoruma təmin edərkən,gözləri qorumağa köməkçidir.

Təzyiq və ürək.
İçində olan amin turşusu,maqnezium qan təzyiqini tarazlıqda saxlayar.Təzyiqi nizamlayar və ürək problemlərinə qarşı qoruyucudur.
Etiketlər: qarşı, vardır, təbii, mükəmməl, kömək, Sidik, sərbəst, Qarpız, digər, likopen, əhəmiyyətli, güclü, mineralların, bədənimizi, vitamini, antioksidanlar, zəngindir, vitaminləri, baxımından, radikal
BİZİ İZLƏYİN