Pəhriz saxlayanların ən yaxşı dostu ananasdır. Rihanna, Cennifer Lopez kimi dünyaca məşhur ulduzların vaz keçə bilmədiyi ananas orqanizm üçün çox faydalıdır.
Ananasın suyu bədəndəki yağları əridir. Kalorisi çox azdır, lif baxımından isə olduqca zəngindir. Bu meyvə qan şəkərinin səviyyəsini nizamlayır. Ananası səhər, günorta və ya axşam yeməyindən sonra yemək olar. Ondan dadlı şirniyyatlar və salatlar da hazırlamaq olur.
Ananas A, C, B vitamini, bromelain maddəsi baxımından zəngindir. Həmçinin, manqan, dəmir və kalsium ehtiva edir.
Bakteriya və viruslara qarşı immunitet sistemini gücləndirir.
Hüceyrələrin yenilənməsini sürətləndirir. Yaraların iltihablanmasının qarşısını alır. Qandakı yağ miqdarını aşağı salır və xolesterinin səviyyəsini tənzimləyir. Təzyiqin aşağı düşməsinə kömək edir.
t, yumurta kimi qidaların tərkibində bol miqdarda olan zülalın orqanizm tərəfindən daha tez həll olunmasını təmin edir.
Antioksidant baxımından zəngin olduğu üçün xərçəngdən qoruyucu xüsusiyyətə malikdir.
Sidikqovucudur. Həzmi asanlaşdırır. Ananas insanın ehtiyacı olan bütün vitaminləri və 16 təbii mineral ehtiva edir.
Ananasın arıqlama prosesini sürətləndirdiyi elmə məlumdur. Bədəndəki yağları parçalayıb əridən ananasın suyunu yeməkdən sonra içmək məsləhət görülür. Ancaq ananası yeməzdən yarım saat öncə duzlu suda saxlamaq lazımdır.
Ananas üz dərisi üçün də çox faydalıdır. Ananası qida menyusundan əskik etməyənlərin saçları daha sağlam və parlaq olur. Bu meyvə dırnaqları qidalandırır və qırılmasının qarşısını alır. Sellülitdən xilas olmaq üçün də ananas ən ideal meyvədir.
Etiketlər: Ananas, baxımından, Ananasın, faydalıdır, orqanizm, qarşısını, yağları, zəngindir, Ananası, səviyyəsini, meyvə, ananas, ehtiva, aşağı, sonra, sürətləndirdiyi, məlumdur, insanın, prosesini, Bədəndəki