• Şəfa mənbəyi olan zəncəfil

Reseptin məlumatları Baxış sayı: 13 379

Tarix : 15-01-2016, 16:00

Bölmə : Faydalı bitkilər


Təbii möcüzə
Yeməklərdə ədviyyat olaraq istifadə edilən zəncəfil eyni zamanda çay olaraq da qəbul edilir. Bulanma, dəniz və maşın tutması, hamiləlikdəki bulanmaları aradan qaldırılması və qusmalara qarşı, iştah açan, mədə ağrılarına qarşı, həzmsizlikdə, soyuqdəymə, qrip və öskürəyə qarşı, romatizm ağrılarında, baş ağrısı və migrende, ürək döyüntülərinə qarşı və yüksək təzyiqdə istifadə edilir. Bu qədər fərqli təsir və istifadə sahələrinə sahib olması, qərbli araşdırımacıların zəncəfilə bir müddət şübhəylə baxmasına səbəb olduğu üçün üzərində də bir çox araşdırma edildi. Son 20-30 il içərisində edilən araşdırmalar, bu istifadələrin əhəmiyyətli bir qisimini açıqlayan nəticələr verincə isə bu şübhələr yox oldu.

Elm, zəncəfili dərman formalarında istifadə edir:
Zəncəfilin romatizm və osteoartrit ağrılarını aradan qaldırıcı təsirləri üzərindəki işlərdə də əhəmiyyətli nəticələr əldə edildi. Antioksidan təsirinin olması soyuqdəymədə və ya bədən müqavimətini artırma, hətta bəzi xəstəliklərdə təsirli olmasını açıqlanır.

İstifadə təklifləri:
Yeməklərdə zəncəfili yalnız ləzzət üçün istifadə edin. İstəsəniz çayını edə bilər və ya marketlərdə olan paket çayları alaraq istifadə edə bilərsiniz. Hamilələr, öd daşı olanlar həddindən artıq istifadə etməməlidir.
Etiketlər: istifadə, qarşı, olması, aradan, zəncəfili, əhəmiyyətli, nəticələr, edildi, edilir, romatizm, Yeməklərdə, olaraq, edilən, üzərindəki, təsirləri, qaldırıcı, Antioksidan, bədən, soyuqdəymədə, təsirinin
BİZİ İZLƏYİN