• Ramazanın sirli qidası xurma

Reseptin məlumatları Baxış sayı: 10 942

Tarix : 9-08-2016, 10:00

Bölmə : Faydalı bitkilər


Ramazan süfrəsini onsuz təsəvvür etmək çətindir. Tərkibindəki möhtəşəm komponentləri ilə zəngin, ləzzətlə dolu sanki bir gənclik ileksiridir.

Ramazan ayı, xüsusilə də iftar, imsak və orucdan bəhs etdiyimiz zaman ilk ağlımıza gələn qidalardan biri xurmadır. Tərkibi çoxlu vitamin və minerallarla zəngin xurmanın faydalarını saymaqla qurtarmaq olmur. Xurma Quranda adı çəkilən üç meyvədən biridir. Xurma ekzotik meyvə, şirniyyat, desert, isti ölkələr üçün “səhra çörəyi” və təəccüblənsəniz də pəhriz ərzağı kimi istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) buyurub: “Mümkün olduğu qədər sübh yeməyini xurma ilə bərabər yeyin”.

Xurmanı “təbii şirniyyat” da adlandırılar. Xurma insana güc, dözümlülük gətirir, ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımcı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər, öskürəyə faydalıdır.
Quru xurmada 70 faizi şəkər olur ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyin işi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir. 100 qram quru xurmada 280 kalori var, həmçinin 100 qram xurmada 70 qram karbohidrat var.

Şəkərlə dolu qida anbarı
Məlumdur ki, orucun su və xurma ilə açılması Ramazan qaydalarından biridir. Belə ki, mütəxəssislər xurmanın tərkibinin şəkər, fibrin zülalı, karbohidrat, dəmir və maqneziumdan ibarət olduğunu bildirirlər. Xurma bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərkibində dəmir olduğu üçün anemiya xəstələrinə daha çox məsləhət görülür. Ancaq həddindən artıq istifadə edildikdə qanda şəkərin sürətlə artmasına səbəb olur. İftar zamanı 1-2 ədəd xurma yemək daha münasibdir.

Xurmada olan fosfor beynin ehtiyaclarını qarşılayır. Xurmada B1 və B2 vitaminləri vardır, bu vitaminlər zehnə və beyinə təsir edir. Xurma bəlğəmi və öskürəyi aradan qaldırır, qan damarlarını yumşaldır və damar sərtliklərini aradan qaldırır, böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarının parçalanmasına səbəb olur. Xurmada A vitamini olduğu üçün, gözlərə də xeyri var. Xurma zülal, yağ və karbohidratı – üçü bir arada olan tək meyvədir.

Heyrətə salan araşdırma

Yeni araşdırmalara görə sübut olunub ki, xurma boğaz ağrısına, xərçəng və ürək damar-xəstəliklərinə qarşı güclü qoruyucu vasitədir. “Journal of American College of Nutrition”da dərc olunan bir məqalədə tanınmış Harold Miller və həmkarlarının tərəvəz və meyvələrin antioksidan tərkibinin araşdırılmasından bəhs olunur. Nəticələr çox maraqlı olub. Doktor Miller mətbəximizdə bu gün istifadə edilən bir çoxu meyvə və tərəvəzin antioksidan dəyərinin nisbətən aşağı olduğu qənaətinə gəlib. Araşdırma zamanı meyvələr arasında qırmızı əriyin, quru meyvələr arasında isə xurmanın ən yüksək antioksidan tərkibli olduğu ortaya çıxıb.

Kimlər yeməkdən çəkinməlidir
Əgər metabolik sindromu, ya da diabet də daxil olmaqla, qan şəkəri ilə bağlı bəzi problemlər yaşayırsınızsa, arıqlamaq və şəkərinizi nəzarət altında saxlamağa çalışırsınızsa bu qidadan istifadəyə diqqət yetirməlisiniz. Gündə 2-3 ədəd və iftarda yeyiləcək xurma sizə hər baxımdan fayda verəcək. Xurma badam, fındıq və qozla birlikdə yeyildiyində uzun müddət mükəmməl enerji deposu yaradar.

İftar vaxtı bədənin beyin və sinir hüceyrələri üçün lazımlı olan qlükozanı təmin edəcək qida növüdür. Karbohidrat beyni qlükoza ilə təmin edir və başağrısının qarşısını alır. Xurma orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir. Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.

Xurmanın tərkibindəki ftor dişləri kariyesdən qoruyur, selen – xərçəng və ürək xəstəliyi riskini azaldır, immun sistemini gücləndirir. Qəbizlik başda olmaq üzrə, həzmsizlik, həzm sistemi problemləri, ürək bulanması, iştahasızlıq, zəiflik və ürək problemlərinə qarşı qoruyucudur.

Yaşlanmanın qarşısını alır
Bir neçə xurmanı kiçik parçalara ayırıb ilıq süd və darçınla qarışdıraraq gecə saatlarında içə biləcəyiniz rahatlaşdırıcı, ləzzətli bir içki hazırlaya bilərsiniz. Bir stəkan suyun içərisinə axşam qoyulan iki dənə xurma, səhər aç qarnına içildiyində, qəbizlik problemini ortadan qaldırır. İçərisinə 1 yemək qaşığı kətan toxumu və 1 çay qaşığı zeytun yağı qoyduğunuzda təsiri daha da artacaq. Qaraciyərin yağlanmasını önləyər və bədəndən toksik maddələrin atılmasını asanlaşdırar. Hüceyrə yaşlanmasından qoruyucu təsiri vardır. Gənclik ileksiri olaraq qiymətləndirilən xurma bu xüsusiyyəti ilə antioksidan təsir göstərməkdədir. Ac qarnına yeyilən xurmanın bağırsaq parazitlərini öldürdüyü bilinməkdədir.

İsti yay günlərində oruc tutan insanların ən çox düşündükləri mövzulardan biri susuzluqdur. Həyatımızın və maddələr mübadiləmizin qaynağı olan su, ramazan boyunca mümkün qədər çox miqdarda qəbul edilməlidir. Susuzluq bədəndə yorğunluq, əzələ gərginliyi, dəridə quruma, həzm sistemində problemlərə səbəb olar. Bunun üçün iftar-imsak arasında hər bir saat ərzində 1-2 stəkan su, şəkərsiz kompot və limonad içilməlidir. Yenə imsakda tərkibi bol sulu olan meyvələri (qarpız kimi) rasiona daxil etmək faydalıdır.
Etiketlər: Xurma, xurma, olduğu, səbəb, şəkər, antioksidan, xurmanın, xurmada, Xurmada, Xurmanın, faydalıdır, meyvə, qaldırır, orqanizmi, Ramazan, istifadə, böyrək, təmin, qarşı, arasında
BİZİ İZLƏYİN