• Ağ reyhan haqqında bilmədiklərimiz

Reseptin məlumatları Baxış sayı: 11 182

Tarix : 13-02-2017, 09:00

Bölmə : Faydalı bitkilər


Tibb sahəsində məşhur bitkilərdən biri də ağ reyhandır.
O tərkibində olan fitoqidalı maddələrə görə yüksəkl qiymətəndirilir. Reyhanın xeyirli və ziyanlı xüsusiyyətləri onun yarpaq və toxumlarından asılıdır ki, onların tərkibində olan kimyəvi birləşmələr bir çox xəstəliklərin yaranması barədə xəbər verir, sağlamlığı möhkəmləndirir, infeksiyalara olan dayanıqlığı gücləndirir.
Alimlərin dediyinə görə tərkibində olan flavonid və polifenollar orqanizmin radiasiya zədələrinə müqavimət göstərə bilirlər. Tərkibində olan - evqanol, sitral, terpiniol, sitronellol, linallol kimi efir yağları iltihab əleyhi təsirə malikdirlər. Həmçinin onu, virus əleyhi, göbələk əleyhi, antibakteriyal və hərarət salıcı vasitə kimi qəbul edirlər.
Tərkibində immun sistemi üçün lazım olan vitamin, mineral və qidalı maddələrin olmasına baxmayaraq, bu məhsul az kalorilidir və tərkibində xolesterin yoxdur.
Bu məhsulun ziyanlı tərəfi isə əsasən, epilepsiyadan əziyyət çəkən, hamilə qadınlar və ürək dama sistemində problemi olan insanlara aid edilir.Həmçinin şəkər xəstələri, hipertoniklər və işemiya xəstələrinə ehtiyatlı olmaq məsləhət görülür. Reyhanın əsas əks göstərişi ondan ibarətdir ki, onun tərkibində civə birləşmələri çoxdur. Maddələr bakteresid xüsusiyyətə malikdirlər, lakin çox miqdarda olduqda orqanizmə ziyan vurur.
Həmçinin reyhanın yarpaqları yaxşı dəmir mənbəyi olduğundan, hemoqlobini yüksəldir o isə qan xəstəliklərinin müalicəsində mühüm rol oynayır.
Etiketlər: sousu, zeytun, Pesto, qoyuruq, qoyub, əlavə, edirik, bağlayırıq, əzmək, pesto, inqredientləri, çörək, doğrayırıq, Pendir, Reyhan, mosarella, tərəfini, üzərinə, yağında, paniniləri
BİZİ İZLƏYİN