• Zəfəran faydaları

Reseptin məlumatları Baxış sayı: 11 962

Tarix : 6-11-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Zəfəran-qiymətli dərman bitkisidir. İnsanlara qədim zamanlardan məlumdur. Dünyanın çox az yerində bitir. Abşeronda zəfəran bitir. Vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları onunla sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır. Zəfəran mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır.
Etiketlər: Zəfəran, bitir, görmə, qabiliyyətini, artırır, maddələr, eşitmə, işlədilir, soyuqdəyməyə, istifadə, qarşı, olaraq, mübadiləsinin, İnsanın, gedişini, böyrəklərdə, qaldırır, verən, çürümənin, qarşısını
BİZİ İZLƏYİN