• Xurma faydaları

Reseptin məlumatları Baxış sayı: 11 959

Tarix : 8-11-2016, 11:00

Bölmə : Faydalı bitkilər


XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır. Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var. Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.
Etiketlər: bütün, Xurma, birlikdə, Antioksidantlar, orqanizmimizə, düşən, şlakları, lazımdır, vurğulamaq, turşular, Antioksidantları, xüsusən, toksinləri, antioksidantlar, maddələri, bakteriyaları, öldürən, xüsusiyyətlərinə, malikdir, bakterisid
BİZİ İZLƏYİN