• Çobanyastığı çayı faydaları

Reseptin məlumatları Baxış sayı: 13 569

Tarix : 10-11-2016, 11:00

Bölmə : Faydalı bitkilər


Yuxusuzluğa çox yaxşı təsiri var, sakitləşdirici və antiseptikdir. Allergiyası olanlar üçün tövsiyə edilmir. Çobanyastığı dəmləməsi bağırsaq qazlarını da müsbət təsir edir(südlə birgə içmək daha yaxşıdı). Spazmı aradan qaldırır. Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir. Çobanyastığının çayı, yağı tibbdə çox istifadə edilir.Çobanyastığı çayı dərini təmizləmək ve fərahlandırmaq üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır.Çobanyastığı suyu, yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsiriylə bərabər dərini təzələr.Saçları bu dəmləməylə yumaq parlaqlıq verər. Çobanyastığı yağı ağrıların müalicısində də istifadə olunur. Əsasəndə uşaqların qarın nahiyəsindəki sancı,ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar faydası var,amma ziyanı yoxdu. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə(burun ciblərinin iltihabı deməkdir) xeyirlidir.
Etiketlər: Çobanyastığı, etmək, zamanı, edilir, istifadə, çobanyastığı, dəmləməsi, qarın, dərini, mikroböldürücü, olunur, müalicısində, Əsasəndə, dərisinə, bədənin, uşaqların, ağrıların, verər, yumaq, dəmləməylə
BİZİ İZLƏYİN