• Yerkökü haqqında

Reseptin məlumatları Baxış sayı: 11 072

Tarix : 21-11-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Yerkökü qanazlığı, ürək-damar, böyrək xəstəliklərinə yaxşı təsir göstərir, bədəndə olan zərərli mikrobları məhv edir. O, bəlğəm, göyöskürəyin müalicəsində effektlidir. Bununla yanaşı, yerkökü sidik yollarının təmizlənməsinə və böyrəyin fəaliyyətinə də kömək edir, mədəni möhkəmlədir, həzmi yaxşılaşdırır. Yerkökü mürəbbəsi əhvali-ruhiyyəni yüksəldir, tərəfləri fizioloji cəhətdən aktivləşdirir. Bədəndə baş verən süstlüyün qarşısını alır, bədəni gümrahlaşdırır, müqavimətini artırır. O, həmçinin qaraciyərin fəaliyyətini tənzimləyir, bağırsaqları yumşaq saxlayır, ifrazı asanlaşdırır. Dişdibi ətlərinin müalicəsinə yaxşı təsir göstərir, ağız qurumasının qarşısını alır, tüpürcək vəzisini tənzimləyir, iştahsızlığı aradan qaldırır, gözün görmə qabiliyyətini artırır.
Yerkökü şirəsi qəbul edən adamın sifəti duru olur. Hamilə qadınlara yerkökü şirəsi qəbul etmək məsləhətdir. Kökdən hazırlanmış maskalardan kosmetikada geniş istifadə olunur. Qırmızı rəngli kök meyvəsinin tərkibində çoxlu karotin olduğuna görə, onu nazik hissələrə bölür və irinli yaraların, yanıqların üzərinə qoyub müalicə edirlər.
Etiketlər: Yerkökü, qəbul, artırır, şirəsi, yerkökü, qarşısını, göstərir, tənzimləyir, yaxşı, təsir, qabiliyyətini, etmək, məsləhətdir, qadınlara, Hamilə, adamın, görmə, sifəti, aradan, qurumasının
BİZİ İZLƏYİN