• Qışda sobanın yanında qızdırıb yediyimiz naringinin faydaları

Reseptin məlumatları Baxış sayı: 12 055

Tarix : 27-11-2016, 10:00

Bölmə : Faydalı bitkilər


Naringi və C vitamini.
Digər sitrus meyvələri kimi naringi də C vitamini ilə çox zəngindir. C vitamini də bildiyimizə görə sinir sisteminə müsbət təsir göstərir, dəmirin yaxşı mənimsənilməsinə imkan yaradır, soyuqdəymə xəstəlikləri zamanı mübarizə aparmasında kömək edərək, insan orqanizminə çox yaxşı təsir götərir. Bundan əlavə o, antioksidantlarla çox zəngin olub,orqanizmin qocalma prosesini gecikdirir.
Siqaret çəkənlər üçün naringi.
Tərkibində C vitamininin miqdarının çox olması, onu xüsusilə siqaret çəkən insanlar üçün çox xeyirli sayılır. Belə ki, C vitamini toksik maddələrin təsirini azaldır və həmçinin orqanizmin oksigen aclığına olan müqavimətini artırır.
Uşaqlar üçün çox xeyirlidir.
C vitaminindən əlavə, naringi həmçinin D və K vitaminləri ilə zəngindir. Tərkibində olan D vitamininin çoxluğu onu uşaqlar üçün daha da xeyirlui edir, belə ki onları raxit xəstəliyindən qoruyur.
Naringi damarların elastikliyinə müsbət təsir göstərir.
Məhz tərkibində olan K vitamini bu funksiyada köməkçi olur.
Naringinin tərkibində A və B vitamini.
Naringi B qrup vitaminləri ilə zəngin olaraq, xüsusilə B1, B2 və A provitamini vurğulanılır. Bildiyimizə görə isə B qrup vitamini - həzm sisteminə müsbət təsir göstərir, ürək və sinir sisteminin işini normallaşdırır və həmçinin insanın əqli bacarığını artırır.
Tərkinidə olan B2 vitamini görmə qabiliyyətini yaxşılaşdırır, dırnaq, dəri və saçları qoruyur. Bu səbəbdən sağlam və gözəl olmaq istəyirsinizsə gündə 2-3 ədəd naringi yeyin.
Lakin unutmaq lazım deyil ki, bu meyvə digər sitrus meyvələri kimi güclü allergen sayılır. Bu səbəbdən allergiyası olan insanlar ehtiyyatlı olmalıdırlar.
Meyvənin qabığı da həmçinin çox xeyirli sayılıb, xalq təbabətində aktiv istifadə olunur. Belə ki, onun tərkibi efir yağları, orqanik turşular, A və C vitaminləri ilə zəngin sayılır. Naringinin qabığı - diareya, bronxit zamanı , sinir sisteminə olan müsbət təsiri, stress və depressiya zamanı göztərdiyi köməyə görə xalq təbabətində tez-tez istifadə olunur.
Etiketlər: vitamini, naringi, müsbət, həmçinin, təsir, vitaminləri, zamanı, zəngin, Naringi, göstərir, sisteminə, sinir, sayılır, xeyirli, əlavə, təbabətində, orqanizmin, qabığı, xüsusilə, artırır
BİZİ İZLƏYİN