• Keşnişin nə kimi faydası var?

Reseptin məlumatları Baxış sayı: 10 849

Tarix : 6-12-2016, 10:00

Bölmə : Faydalı bitkilər


Keşniş ən faydalı göyərtilərdən biri sayılır. Keşniş və onunun toxumları ta qədimdən tibbdə çox geniş istifadə olunurdu. Keşnişin köməyi ilə baş ağrıları, yuxusuzluğu müalicə edirdilər. Keşnişin çox güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətləri var.
Sidikqovucu təsirinə malik olan keşniş ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir. Bunun üçün belə xalq təbabəti resepti var: 5 dəstə keşniş və 5 limon götürülür. Keşniş təmizlənir, yuyulur, qurudulur və limonla birlikdə (limonun qabığı soyulmur) blenderdə xırdalanır. Daha sonra üzərinə 2 l təmiz qaynanmış ilıq su əlavə olunur, 2 gün ərzində qaranlıq saxlanılır, daha sonra süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla içilir.
Etiketlər: Keşniş, Keşnişin, sonra, keşniş, ərzində, birlikdə, limonla, təbabəti, limonun, qabığı, qurudulur, resepti, təmizlənir, götürülür, soyulmur, dəstə, yuyulur, limon, xırdalanır, süzülür
BİZİ İZLƏYİN