• Çoxumuzun sevərək yediyi və yeməklərdə istifadə etdiyi acı bibər haqqında

Reseptin məlumatları Baxış sayı: 12 651

Tarix : 9-12-2016, 11:00

Bölmə : Faydalı bitkilər


Tərəvəz yeməklərində və ətin yanında bol-bol istifadə edilən acı bibərin faydaları yüz illərdir bütün mədəniyyətlər tərəfindən bilinir. Acı bibər dünyanın hər yerində və hər iqlim şəraitində yetişən tərəvəzdir. Bir çox yeməyi dadlandıran bu tərəvəz xüsusilə kalsium, kalium və vitaminlər baxımından olduqca zəngindir. Ondan bir çox xəstəliklərin müalicəsində də istifadə edilir.Əsrlərdir acı bibərdən alternativ tibdə istifadə edilir. Yerli xalqlar onunla müalicə üsullarına əhəmiyyət verirlər. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər donmadan təsir dərəcəsini gücləndirir.Qırmızı bibər antioksidant baxımından olduqca zəngindir. O ürək narahatlığı riskini azaldır. Acı bibər ürək üçün çox xeyirlidir. Tərkibində ürəyin ehtiyacı olan qida maddələri olan acı bibər bədən istiliyini artırar və qan dövranını sürətləndirir. Bundan başqa, qan hüceyrələrinə yapışan toksinləri də təmizləyir. Yüksək təzyiqi olan xəstələrə bu tərəvəz təklif edilir. Təpədən dırnağadək qan dövranını sürətləndirən acı bibər qan təzyiqini də tarazlayır.Qırmızı bibər xərçənglə döyüşdə ən böyük köməkçilərdən biridir. İçərisində olan likopen xərçəngə qarşı olduqca təsirlidir. Prostat, pankreas və yumurtalıq xərçəngi bu xərçəng növləri arasındadır. Tərkibində olan maddələr xərçəng hüceyrələrinə öldürücü təsir edir. Buna görə də qan xərçəngi və ağciyər xərçəngi xəstələrinə məsləhət görülür.Acı bibər mədə-bağırsaq xəstəliklərinə də müsbət təsir göstərir. Bağırsaq hərəkətlərini artıraraq həzmi sürətləndirən acı bibər mədədəki turşuluq və qaz kimi narahatlıqları aradan qaldırır.Bundan başqa, tənəffüs yolu narahatlığı çəkən insanlardakı infeksiyaların aradan qaldırılmasında da əhəmiyyətli rol oynayır.Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və iz buraxmadan yaxşılaşmasını təmin edir.Acı bibərə allergik reaksiyalarda da müraciət edilir. Baş ağrısı, soyuqdəymə kimi hallarda istifadə edilir. Bundan başqa, ağrıkəsici xüsusiyyəti də olduğundan diş ağrıları, ilan sancmaları və miqrendə təsiri böyükdür.Araşdırmalardan məlum olub ki, qırmızı bibər yaşıldan çox daha faydalıdır və daha çox qida maddəsi ehtiva edir. Bu tərəvəzlər bişimiş və çiy yeyilir.Qırmızı bibər asan və rahat şəkildə arıqlamağa kömək edir. Bu tərəvəz bədən istiliyini artırdığı üçün oksigen ehtiyacı yaradar. Bu sayədə arıqlamaq daha asan olur. Bibərlərdə olan bəzi maddələr həm həzmi yaxşılaşdırır, həm də mədə şirəsini tənzimləyir. Qan dövranına müsbət təsir edir və mikrobları öldürür.Qırmızı bibərin içərisində olan A vitamini gözlərə və immun sisteminə yaxşı təsir edir. B vitamini beynin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bədənin maddələr mübadiləsisinə təsir edər və zülalın enerjiyə çevrilməsinə köməkçi olar. E vitamini hüceyrələrin ziyan görülməsini mane olar və bu sayədə xərçəng potensialını azaldır. Qırmızı bibərdə C vitamini və kalium da bol miqdarda var. C vitamini immunitet sistemini gücləndirərkən kalium infarkt riskini azaldar.
Qırmızı acı bibərin oynaq agrılarına sakitləşdirici təsiri də var.Aci bibər damarlarda laxtalanmış qanı açır, və ağrikəsici təsir edir.
Bibərlər, xüsusən də acı bibərlər ağ ciyərlərin bir nömrəli dərmanıdır. Bəlğəmgətiricidir və nəfəsa almanı, xroniki bronxiti yüngülləşdirir.
Etiketlər: bibər, təsir, Qırmızı, vitamini, edilir, olduqca, istifadə, Bundan, tərəvəz, kalium, başqa, maddələr, bibərin, xərçəng, xərçəngi, narahatlığı, aradan, riskini, sayədə, qoyulan
BİZİ İZLƏYİN