• Xurmanın faydaları

Reseptin məlumatları Baxış sayı: 11 891

Tarix : 11-12-2016, 19:00

Bölmə : Faydalı bitkilər


Xurmanın əsəb sinir sitemini rahatladan bir xüsusiyyəti də var.
B1 və B2 vitaminləri vardır ki bunlar da zehni və sinir sistemini rahatladıcı xüsusiyyəti ilə diqqət çəkir.

Öskürəyin darmanıdır:Meyvə olaraq ən yaxşı sinə dərmanıdır.Bəlğəmə, nəfəs borusuna və öskürəyə faydalıdır.
Damar sərtliyinə faydalıdır:Xurma damarları yumuşaldır və sərtliyin qarşısını alır. Qanı təmizləyir və təzyiqi tənzimləyir.

Xolestrol:Qəhvə və yağ qandakı xolestrolu yüksəldir. Ərəblər bol miqdarda qəhvə istifadə etsələr də araştırmalarda ərəblərdə xolestrolun olmadığı qeydə alınmışdır. Səbəbi isə ərəblərin qəhvə və digər yeməklərin yanında mütləq xurma istifadə etmələri ilə izah olunur.

Böyrəkdə daş əmələ gəlməsinin qarşısını alır:Xurma böyrəklərin yuyulmasına yardım edərək böyrəyin fəaliyyətinə köməkci olur. Məsanə (sidik kisəsi) və böyrək iltihabında şəfalıdır. Xurmanın suyu böyrək daşlarının parçalanmasına kömək edir.6-7 xurma parçalanaraq bir stəkan suya qoyulur və bir neçə saat sonra süzülüb isidilərək gündə iki dəfə içilərsə 15 gündə böyrək daşını əridər.

Şam fıstığı ilə yeyildikdə qaraciyəri təmizləyər və gücləndirər. Mütəxəssixlər xurmanın ac qarına yeyilməsinin daha faydalı olduğunu vurğulayır.Qabıqlarında və çəyirdəyində də bol miqdarda vitamin olduğu üçün çəyirdəyin ağızda əmilməsini məsləhət görürlər.

Tərkibində A vitamini olan xurma gözləri qüvvətləndirir. Bəzi qaynaqlarda xurmanın gecə korluğu və digər göz zəifliklərinə faydalı olduğu yazılır. Göz sinirlərini qüvvətləndirici təsiri vardır. Amma hər qida kimi xurma da çox yeyilməməlidir. Qocalıqda əmələ gələn qulaq uğultusu eşitmə zəifliyi kimi xəstəliklərə faydalıdır.
Etiketlər: xurma, faydalıdır, böyrək, Xurma, qarşısını, digər, olduğu, xurmanın, miqdarda, faydalı, qəhvə, istifadə, əmələ, gündə, Xurmanın, vardır, xüsusiyyəti, sinir, parçalanmasına, qaraciyəri
BİZİ İZLƏYİN