• Albalının faydaları

Reseptin məlumatları Baxış sayı: 12 512

Tarix : 12-12-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Meyvələrin insan sağlamlığı baxımından nə qədər əhəmiyyətli olduğunu bilirik. Xüsusilə soyuq havaya görə bədənin müqavimətini artırmaq üçün bol-bol meyvə yemək lazımdır. Xəstəliklərdən can qurtarmaq üçün həddindən artıq derman atmağa ehtiyac yoxdur. Əksər hallarda albalı yemək kifayətdir. Gülgiller ailəsindən olub latinca adı “Cerasus Ovum” olan albalının ana vətəni Şimal Anadolu və Cənubi Qafqaz sayılır. Albalı C vitamini baxımından zəngin meyvə hesab olunur. Onun tərkibində B1, B2, B5 vitaminləri, maqnezium və kalsium var. Albalının ağrıkəsici xüsusiyyəti də mövcuddur. Meyvələri təzə və ya qurudulmuş olaraq istifadə edilə bilən albalı ayrıca cem, yemək, konserv ya da dondurulmuş qida olaraq da istifadə olunur. Bu meyvə aspirindən 10 qat daha çox ağrıkəsici təsirə malikdir. Buna səbəb meyvənin tərkibində antosiyanin maddəsinin olmasıdır. Xolesterolu və qan şəkərini azaldır. Albalılarda olan flavanoidlər bədəndəki zəhəri təmizləmək gücünə malikdir. Həmçinin nikotinin bədəndən atılmasında köməkçi olur.

Albalı ürik turşu və ürat duzlarının bədəndən atılmasını təmin etdiyi üçün ondan revmatizm və gut xəstəliklərilə oynaqların əhəngləşməsi və damar sərtliyinin müalicəsində də istifadə olunur. Tərkibində olan kinik turşu ilə böyrəklərdə daş və qum yaranmasının qarşısını alır. Ayrıca öd kisəsi daşının tökülməsində də rolu böyükdür.

Albalı ağacının tibbi baxımdan ən təsirli və əhəmiyyətli hissəsi meyvə saplarıdır. Albalının meyvələri yeyilərkən sapları atılmayıb kölgəli bir yerdə qurudulur. 30 qram albalı sapını 1 litr suda qaynadaraq hazırlayacağınız çay böyrəklərin fəaliyyətini sürətləndirərək sidikqovucu, qan və sidik yolları təmizləyicisi, öd axınını təmin edici kimi təsirlərə malikdir. Tərkibində olan bəzi minerallar vasitəsilə bədəndəki su tarazılığını nizama salar, orqanizmanı gücləndirici tonik funksiyasını yerinə yetirər.

Albalıdan istifadə həmçinin gənc qalmağın təbii yollarından biri sayılır. Amerika Birləşmiş Ştatlarının Texas əyalətində aparılmış araşdırmaya görə, albalıda yüksək dərəcədə “melatonin” də var. Qeyd edək ki, melatonin təbii olaraq bədən tərəfindən ifraz olunan, yuxunu tənzimləyən və yaşlanmanı gecikdirən bir antioksidandır. Gilənarın diabet xəstəliyində şəkər səviyyəsini aşağı saldığı, xərçəngin yaranmasının qarşısını aldığı, əzələ yaralanmalarında ağrını azaltdığı iddia edilir. Bu meyvələrdən ən yaxşı şəkildə faydalanmaq üçün tər halda lazımdır. Qış aylarında ən yaxşısı isə quru albalı yeməkdir. Konservlər, hazır satılan albalı sularından istifadə etməmək məsləhətdir.
Etiketlər: albalı, istifadə, meyvə, olunur, yemək, malikdir, olaraq, Albalı, Albalının, turşu, sayılır, tərkibində, ağrıkəsici, bədəndəki, bədəndən, təmin, Tərkibində, yaranmasının, qarşısını, əhəmiyyətli
BİZİ İZLƏYİN