Heyva - tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır.
O, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur. Bundan əlavə heyvanın tərkibi PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.
Hər birimizin çox sevdiyi heyva, tərkibində xolesterin, yağ və natrinin olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətirə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Bunlar:
- Arıqlamaq üçün. Tərkibi selüllozla zəngin olduğuna görə o qidanın həzminə kömək edir, bu isə onu arıqlamaq istəyən insanların ideal qida siyahısına daxil edir.
- Sinir sistemi üçün. Tərkibində sərbəst radikallarla mübarizə apara bilən və xərçəngin yaranma təhlükəsini azalda bilən çoxlu sayda antioksidantlar vardır. Heyvanın stresslə mübarizə aparması və qidada təbii sakitləşdirici vasitə kimi təsiri təəccüblü deyil.
- Qrip və soyuqdəymə. Antivirus xüsusiyyətlər toplusuna malik olduğuna görə, qripplə mübarizədə özünü yaxşı göstərir.
- Mədə xorası. Yapon təcrübələrinə əsaslanaraq söylənilir ki, heyva mədə xorasını müalicə edir.
- Xolesterin əleyhinə. Heyvanın müntəzəm qəbulu, qanda xolesterinin səviyyəsinin azalmasını təmin edir.
- Hipoertoniyanın müalicəsi. Bu meyvəninn tərkibində hipertoniklər üçün çox vacib olan dəyərli kaliy mineralı çoxdur.
- Ürək üçün. Tərkibində olan C vitamini ürək xəstəlikləri təhlükəsinin azalmasına səbəb olur.
- Qusma əleyhinə. Heyvanın mət və şirəsini qusma əleyhnə bir vasitə kimi qəbul etmək olar.
Həmçinin heyvanın tərkibində pektin və aşılayıcı maddələr vardır ki, onlar isə bağırsaqları təmizləyir, mədə -bağırsaq sistemininin iltihab əleyhi prosesslərinə kömək edir,orqanizmdən kanserogen maddələr və toksinlərin çıxarılmasını təmin edir.
Kalori dəyərinə gəldikdə isə, heyvanın kalori dəyəri 100 qr məhsula - 37-58 kkal təşkil edir. Məhz bu səbəbdən dietoloqlar piylənmə problemindən əziyyət çəkən xəstələrə bu məhsulu məsləhət görürülər. Zəngin olduğu B qrup vitamini isə həm sinir sistemi, həm ürək-damar sisteminin möhkəmlənməsini , həm də dərinin yaxşılaşmasını təmin edir.
Etiketlər: turşusu, tərkibində, təmin, Heyvanın, heyvanın, kömək, olduğuna, ideal, kaliy, heyva, malik, mübarizə, vitamini, maddələr, əleyhinə, vardır, Tərkibində, bilən, sistemi, vasitə