• Turpun faydaları və müalicəvi xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 11 433

Tarix : 24-03-2017, 15:00

Bölmə : Faydalı bitkilər


Turp çox faydalı tərəvəzdir. Belə sayılır ki, turpun yarpaqları hətta turpun özündən faydalıdır.
Adətən atdığımız bu yarpaqları təmizləmək, yumaq və göyərti kimi salatların tərkibində istifadə etmək olar.
İlk növbədə turp və onun yarpaqları C vitamini ilə zəngindir. Bu vitamin ən güclü antioksidant sayılır - orqanizmdə qocalma və dağılma prosesləri ilə mübarizə aparır, immun sistemini möhkəmləndirir, damarların elastikliyini artırır.
Turp piylərin parçalanmasını sürətləndirir, mübadilə prosesləri yaxşılaşdırır. Bu səbəbdən diyetoloqlar bu tərəvəzi arıqlamaq üçün olan pəhrizlərə tez-tez əlavə edirlər. Turp azkalorili tərəvəzdir - 100 qr turpda yalnız 16 kalori var.
Turp "fitonsidlər" adlanan xüsusi maddələrlə zəngindir. Bu maddələr "təbii antibiotik"lər kimi tanınır. Fitonsidlər orqanizmdə bakteriya, mikrob, viruslarla mübarizə aparır.
Turpun tərkibində efir yağları, qidalı liflər, fermentlər, B1, B2, PP vitaminləri, kalium, maqnezium, fosfor və s. kimi çox vacib minerallar var.
Turp həmçinin antiseptik xüsusiyyətlərə malikdir.
Turpun tərkibində "antosian" adlanan maddə var. Məhz bu maddəyə görə turp belə gözəl qırmızı rəngə malikdir. Antosian maddəsi orqanizmə xərçəng əleyhinə təsir göstərir.
Turp həzm prosesləri yaxşılaşdırır, ürək-damar sistemi üçün faydalıdır, orqanizmdən "pis" xolesterini xaric edir.
Nəzərinizə çatdıraq ki, mədə və bağırsaq xəstəlikləri olan insanlar turpdan süi-istifadə etməməlidir, bu onların sağlamlığına mənfi təsir edə bilər.
Turp müalicəvi vasitə kimi də istifadə olunur. Belə ki, baş ağrısı zamanı alnınıza və gicgahlarınıza turpun şirəsini sürtün və uzanın. Bir müddətdən sonra siz ağrıların azalmasını hiss edəcəksiniz.
Radikulit zamanı turpu sürtgəcdən keçirin, pambıq əskiyə qoyun və kompres kimi istifadə edin.
Üz dərisini cavanlaşdırmaq, daha elastik və sağlam etmək məqsədi ilə belə maskadan istifadə edin: 2-3 turp blenderdən keçirilir, 1/2 çay qaşığı zeytun yağı və 1 xörək qaşığı karfof nişastası əlavə olunur, yaxşı qarışdırılır və üz dərizinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.
Etiketlər: istifadə, tərkibində, yarpaqları, prosesləri, turpun, zəngindir, zamanı, Turpun, olunur, orqanizmdə, mübarizə, aparır, yaxşılaşdırır, qaşığı, etmək, sonra, faydalıdır, təsir, əlavə, tərəvəzdir
BİZİ İZLƏYİN