• Turşəngin faydalı və ziyanlı xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 11 408

Tarix : 16-03-2017, 11:00

Bölmə : Faydalı bitkilər


Turşəng çox faydalı göyərtidir. Türşəng müxtəlif vitamin və minerallarla zəngindir.
Bu göyərtinin tərkibində C, K, E, B qrupu vitaminləri, biotin, beta-karotin, efir yağları, orqanik turşular, maqnezium, kalsium, fosfor, dəmir kimi minerallar var.
C vitamini ilə zəngin olan turşəng immun sisteminə çox müsbət təsir edir. Bu isə yazda xüsusilə vacibdir.
Həmçinin C vitamini orqanizmdə dəmirin mənimsənilməsinə kömək edir. Bu səbəbdən turşəngi ətlə birlikdə qəbul edin. Bu ətdə olan dəmirin daha yaxşı sorulmasına kömək edəcək.
Turşəngi və digər təzə göyərtiləri tez-tez qəbul edən insan özünün yaz avitaminozlarından qoruya bilər.
Qədim zamanlardan turşəng qadınlarda klimaks zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Turşəngin müntəzəm qəbulu (təbii ki, az miqdarlarda) klimaksın xoşagəlməz simptomlarını azaldır.
Turşəng həzm proseslərinə çox müsbət təsir edir, qidanın həzmini yaxşılaşdırır, qəbizliklə mübarizə edir. Lakin mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastritlər zamanı bu göyərtini yemək tövsiyə edilmir.
Qidalı liflərlə zəngin olan turşəng bağırsaqları orada ylığılan şlaklar və toksinlərdən yaxşı təmizləyir.
Turşəng iltihabəleyhinə, antitoksik təsirə malikdir.
Turşəngin tərkibində olan turşəng turşusu qan damarlarını xolesterindən təmizləyir, onların elastikliyini artırır.
B qrupu ilə zəngin olan turşəng sinir sistemi üçün faydalıdır, orqanizmdə hüceyrələrin yenilənməsini sürətləndirir.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq bəzi xəstəliklər zamanı turşəngin qəbulu insana ziyan vura bilər. Belə ki, turşəngin çoxlu miqdarda qəbulu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Həmçinin turşəngin həddindən artıq çoxlumiqdarda qəbulu orqanizm tərəfindən kalsiumun sorulmasını ləngidir
Böyrək xəstəlikləri, mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastrit, xora xəstəliyi, bəzi bağırsaq xəstəlikləri və iltihabları, orqanizmdə su-duz balansının pozulması, podaqra xəstəliyi zamanı turşəngi qəbul etmək olmaz.
Etiketlər: turşəng, qəbulu, zamanı, bilər, qəbul, orqanizmdə, zəngin, turşəngin, Turşəng, Həmçinin, turşuluğunun, təsir, dəmirin, müsbət, olunan, turşəngi, təmizləyir, Turşəngin, artması, şirəsinin
BİZİ İZLƏYİN