• Ürəyin və damarların sağlamlığını qoruyan meyvə

Reseptin məlumatları Baxış sayı: 11 057

Tarix : 28-03-2017, 15:00

Bölmə : Faydalı bitkilər


Amerikada, Çində, Yaponiyada aparılan çoxsaylı araşdırmalar sübut edib ki, hər gün alma yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riski azalır.
Almanın tərkibində olan xüsusi maddə flavonoid "kversetin" damarları xolesterindən təmizləyir, onların bərkiməsinin qarşısını alır, elastikliyini qoruyur. Sağlam və elastik damarlar ürəyin sağlamlığı üçün çox vacibdir.
Araşdırmalar zamanı alimlər fikir veriblər ki, hər gün alma yeyən eksperiment iştirakçılarının qanında damarları sərtləşdirən maddələrin miqdarı xeyli azalıb.
Mütəxəssislər ürək-damar sistemi xəstəliklərindən qorunmaq üçün hər gün bir neçə alma yeməyi tövsiyə edirlər. Qırmızı almalar faydalı maddələrlə xüsusilə zəngindir.
Etiketlər: yeyən, sistemi, damar, damarları, maddələrin, sərtləşdirən, eksperiment, iştirakçılarının, qanında, veriblər, vacibdir, sağlamlığı, Araşdırmalar, zamanı, fikir, alimlər, miqdarı, Mütəxəssislər, almalar, Qırmızı
BİZİ İZLƏYİN