• Ağ lobya

Reseptin məlumatları Baxış sayı: 3 379

Tarix : 29-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Bu bitki ağ toxumlarına görə becərilir. Vətəni Mərkəzi və Cənubi Amerikadır.

Ağ lobya
100 qr ağ lobya – 102 kkal
Tərkibinə dəmir, kalsium, maqnezium, protein və E vitamini daxildir

Enerji ilə dolu toxum
Lobyalar dəmir mənbəyidir. Dəmir çatışmazlığı olan insanlar zəif və halsız olurlar. Xüsusilə, hamilə qadınlar, xəstəlikdən təzə sağalanlar, eləcə də böyüməkdə olan uşaqlar və gənclər dəmir çatışmazlığı riski ilə üzləşirlər. Dəmirin daha yaxşı həzmi üçün, lobyanı C vitamini ilə zəngin tərəvəzlərlə yemək tövsiyyə olunur.

Qüvvətli ikili
Ağ lobyalar kalsium və maqneziumdan ibarətdir. Bu iki tamamlayıcı elementlər qüvvətli dişlər və sümüklər üçündür.

Kral toxum
Lobya toxumu Epifaniya bayramı ənənəsinə də öz töhfələrini vermişdir. Çox illər, Fransa və İspaniya kimi ölkələrdə ailələr içində bircə lobya olan xüsusi tortu bölüşürmüşlər. Yerli ənənəyə görə, həmin toxumu tapan adam qonaqlığın kralı olur və ya hesabı ödəyir.

Dünya kraliçası
Lobya bitkisinin yaşının 8000 olması təxmin edilir. O, qarğıdalı və balqabaq ilə yanaşı, Kolumbya qədərki Amerikan mətbəxinin “üç bacı”larından biridir. “ayakolt”, yəni lobyanı qarğıdalı ilə birgə əkirdilər ki, qarğıdalı dırmaşmaq üçün dirək rolunu oynayıb. Hazırda isə, lobya dünyada bitki proteinin ilkin mənbələrindəndir. Bütün mədəniyyətlərin mətbəxində rast gəlinə bilər. Lobyanın 30.000 növü vardır, onlardan 500-ü yetişdirilən sortlardır.

Ağ lobya vs futbol
Lobya qidalı supların – fransız kasulesi, ispan fabadası və Braziliya feyjoadasının, eləcə də, italyan “Pasta e Fagioli”sinin, soyuq və isti salatların inqrediyentidir. Ola bilərmi ki, lobyanın bədən formasına və futbolçuların bacarıqlarına təsiri bu ölkələrin futboldakı uğurları ilə bağlı olsun? Elədirsə, bu sirr çox gizli saxlanılır.
Etiketlər: lobya, dəmir, qarğıdalı, Lobya, vitamini, kalsium, toxum, çatışmazlığı, eləcə, lobyanı, toxumu, bitki, Hazırda, oynayıb, rolunu, dirək, ilkin, mədəniyyətlərin, mətbəxində, gəlinə
BİZİ İZLƏYİN