• Qarpız

Reseptin məlumatları Baxış sayı: 2 831

Tarix : 6-03-2018, 18:00

Bölmə : Faydalı bitkilər


Qarpız-Citrullus Vulgaris Schrad balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,bostan bitkisi kimi Azərbaycanda geniş becərilir.
Qarpızın tərkibində şəkər (qlükoza),boyayıcı maddələr,üzvi turşu (alma turşusu) karotin,B1,B2,C vitaminləri,dəmir və kalsium duzları vardır.Onun şirəsindən xalq təbabətində böyrək xəstəliklərində sidikqovucu kimi,eləcə də malyariya əleyhinə istifadə edilir.

Qarpızın qabığından həm təzə,həm də quru halda uşaqlarda kolit olanda işlədilir.Gəncə konserv zavodunda qarpız marinadası hazırlanır ki,bu
da xronki mədə xəstəliklərində həzm prosesini yaxşılaşdırmaq üçün çox xeyirlidir.
Etiketlər: xəstəliklərində, Qarpızın, edilir, istifadə, qabığından, halda, uşaqlarda, əleyhinə, malyariya, böyrək, xeyirlidir, sidikqovucu, eləcə, kolit, olanda, marinadası, hazırlanır, xronki, prosesini, qarpız
BİZİ İZLƏYİN