• Keşniş

Reseptin məlumatları Baxış sayı: 3 471

Tarix : 26-03-2018, 18:00

Bölmə : Faydalı bitkilər


Keşniş toxumlarından həm xörəklərdə, həm də biskvit məmulatlarında istifadə edilir. Yarpaqları, gövdəsi salat və xörəklərə əlavə edilir. Keşniş iştahaaçıcıdır, həzmi asanlaşdırır, mədə-bağırsaqdakı sancıları aradan qaldırır.

Keşniş antiseptik, yəni mikroböldürücü xüsusiyyətə malikdir. Keşnişin toxumunu əzin, bir şirniyyat qaşığı keşniş toxumunu 1 stəkan qaynar suya tökün, stəkanın üstünü möhkəm bağlayın və 5 dəqiqə dəmə qoyun. Yeməkdən əvvəl 1 stəkan için.

Keşniş həm də sakitləşdirici təsirə malikdir, təzyiqi aşağı salır, yarpağından salat və souslarda istifadə edilir.
Etiketlər: Keşniş, edilir, salat, toxumunu, stəkan, malikdir, istifadə, möhkəm, bağlayın, dəqiqə, üstünü, tökün, toxumlarından, qaynar, qoyun, stəkanın, Yeməkdən, salır, yarpağından, souslarda
BİZİ İZLƏYİN