• Balqabaq tumynun faydaları

Reseptin məlumatları Baxış sayı: 2 924

Tarix : 17-11-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Bir çox dərdə dərman olan balqabaq tumu, xüsusilə qovrulmamış halda yeyilməsi, bağırsaq parazitlərinin salınmasında çox faydalı olaraq bilinir. Bu tammailə doğrudur. Amma balqabaq tumunun faydaları parazit salmaqla məhdud deyil.

Yaxşı bir xolesterol salıcı və zülal qaynağı olduğu deyilir. Tərkibində olan B15 vitamininin, xolesterolu saldığı və zülal istehsalında köməkçi olduğu bilinməkdədir.

Böyrək zəifliyinə faydalıdır.

Balqabaq tumunun saça faydası olduğu da bilinir. Tərkibindəki zülal, sink və minerallar sayəsində, saçlar üçün çox faydalıdır.
Saç tökülmələrinin qarşısını alır, daha sağlam olmalarını təmin edər.

Böyrək və sidik kisəsi iltihablarına qarşı təsirlidir.
Sidikdən qan gəlməsi hallarında faydalıdır.

Çiy balqabaq tumu bağırsaq qurdlarını salır.
Bağırsaqlardakı lent və soxulcanları salmaqda çox təsirlidir.
Prostat xəstəlikləri üzərində təsirlidir. Bir çox prostat dərmanının birləşməsində balqabaq tumu vardır.
Təşkil etdiyi Omeqa 3, Omeqa 6 sayəsində dəri sağlamlığına əhəmiyyətli təsir edir.

Balqabaq tumunun içərisində olan fosfor, xüsusilə xroniki böyrək çatışmazlığı olan xəstələr üçün və yüksək fosfor çətinliyi yaşayanlar üçün təhlükəli ola bilər.
Bəzi böyrək xəstələrində eyni zamanda fosfor yüksəkliyi də olur. Bu xəstələrin mümkün qədər fosfor ehtiva edən qidalardan uzaq dayanmaları məsləhətdir.
Bu xəstələr balqabaq tumunu mütləq və mütləq həkimlə məsləhətləşərək istifadə etməlidir.
Etiketlər: balqabaq, fosfor, təsirlidir, tumunun, olduğu, zülal, faydalıdır, bilinir, Omeqa, Balqabaq, mütləq, Böyrək, xüsusilə, böyrək, bağırsaq, xəstələr, sayəsində, sağlamlığına, təsir, əhəmiyyətli
BİZİ İZLƏYİN