• Qırmızı kələmin faydaları

Reseptin məlumatları Baxış sayı: 4 526

Tarix : 22-11-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Hər zaman yaşıl kələmdən istifadə edib, ancaq onun faydalarını öyrənməyə çalışmışıq.
Ancaq qırmızı kələmin faydaları yaşıl kələminkindən çoxdur.

Qırmızı kələm demək olar ki, tam bir vitamin kompleksidir. Kələm A, B, E, C və s. vitaminlərlə yanaşı, həm də kalsium, kükürd, maqnezium, mis və dəmirlə də olduqca zəngindir. Həmçinin, qədim zamanlarda bəzi xəstəlikləri qırmızı kələmin vasitəsi ilə sağaldarmışlar.

Qırmızı kələmin şirəsi daxili təmizləyir və dəridə olan bəzi xəstəlikləri aradan qaldırır.
Yarım stəkan — qara kələmin şirəsi, yarım çay qaşığı — bal bunları bir-birinə qarışdırıb, hər səhər yeməkdən yarım saat qabaq içmək orqanizmə çox xeyirlidir.

Bu məlhəm orqanizmi gücləndirir və mikroblarla mübarizə aparır. Bu kələmi həmçinin qurudub saxlamaq da mümkündür. Qurudulmuş kələmdən bütün yeməklərdə istifadə edə bilərsiniz.

Qırmızı kələmin faydaları:
— Sümükləri və diş ətini möhkəmləndirir.Bədəndə zəhərli maddələri yox edir.

— Qan azlığını aradan qaldırır.Bağırsaq qurdlarını məhv edir.Mədə və bağırsaq xəstəliklərinə yaxşı təsir edir.

— İştah açır, dil və ağızdaki mikrobları öldürür.

— Bəzi bədəndə olan çatları aradan qaldırır.

— Qanda şəkəri nizamlayır.

— İmmun sistemini gücləndirir.

Bir sözlə, qırmızı kələmin faydalarını saymaqla bitirmək olmaz. Yeməklərdə və salatlarda qırmızı kələmdən istifadə edərək aliənizə sağlamlıq, yeməklərinizə isə dad vermiş olarsınız.
Etiketlər: kələmin, qırmızı, aradan, qaldırır, istifadə, kələmdən, Qırmızı, şirəsi, yarım, yaşıl, faydaları, xəstəlikləri, gücləndirir, faydalarını, yaxşı, azlığını, maddələri, Bağırsaq, qurdlarını, xəstəliklərinə
BİZİ İZLƏYİN