• Quymaq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 98 858

Tarix : 16-09-2014, 21:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
100 q buğda unu
100 q ərinmiş yağ
900 ml - 1 l su
şəkər
darçın

Hazırlanması:
İri tavaya ərinmiş yağ töküb qızdırın. Un əlavə edin, açıq-qəhvəyi rəng alanadək, təxminən 15 dəqiqə qovurun.

Bu müddətdə suyu qaynadın. Dayanmadan qarışdıraraq qaynar suyu üç dəfəyə qovrulmuş unun üzərinə tökün. Diqqətli olun: tavadakı qaynayıb, sıçrayır. Unla su eynicinsli kütlə əmələ gətirənədək qarışdırın. Sonra üzərinə azca da su əlavə edib vam odda bişməyə qoyun. Onun üzərində iri qabarcıqlar əmələ gəlib «partlamağa» başlayacaq. Dibi qazmaq tutanda ocaqdan götürün. Üzərinə şəkər tozu və darçın səpib süfrəyə verə bilərsiniz.

Quymağı həmçinin qovrulmuş unu su ilə qarışdırandan sonra tavanın ağzına qapaq qoyub bir saat ərzində vam odda dəmləyə də bilərsiniz.
Quymaq resepti - FOTO RESEPT

Quymaq resepti - FOTO RESEPT

Quymaq resepti - FOTO RESEPT

Quymaq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qovrulmuş, üzərinə, əmələ, əlavə, bilərsiniz, darçın, ərinmiş, şəkər, qazmaq, tutanda, ocaqdan, başlayacaq, gəlib, üzərində, qoyun, olsun, qabarcıqlar, götürün, «partlamağa», səpib
BİZİ İZLƏYİN