• Almoyşavena resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 386

Tarix : 28-02-2016, 10:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Almoyşavena ispan mətbəxinin ən dadlı təamlarından biridir.

Tərkibi:
200 q su
100 q bitki yağı
130 q un
4 yumurta
qaz yağı (istəyə görə)
1 çimdik duz

Üstünə:
darçın
şəkər tozu

Hazırlanması:
Su və yağı bir qazana tökərək ocağın üstə qoyun, bir çimdik duz əlavə edin.

Ocaqdan götürüb dərhal unun hamısını içinə tökün və gecikmədən taxta qaşıqla qarışdırın.

Bir-bir yumurtaları içinə qıraraq hər dəfəsində yaxşıca qarışdırın. Əvvəlcə xəmir heç cür alınmayacaq, iri-iri lopalar sizdə “bundan xəmir olmaz” təəssüratı yaradacaq, amma sonra xəmir eynicinsli və hamar alınacaq. (Mikserlə çala bilərsiniz).

Sinini yağlayın. İçinə perqament döşəyin, onu da yağlayın (xoşlayırsınızsa, qaz yağı sürtə bilərsiniz, o zaman qəribə dadı olur). Perqamenti də yağlayın. Düzdür, bu, çoxlarına maraqlı görünə bilər - əslində, heç bir məhsul perqamentə yapışmamalıdır, amma necə deyərlər, ehtiyat igidin yaraşığıdır. Bütün xəmiri perqamentin üzərinə nazik yayın.

Üzərinə şəkər tozu və darçın səpin.

Üzərinə adda-budda qaz yağı qoya bilərsiniz (bu, istəyə görədir, orijinal reseptdə qaz və ya donuz piyi istifadə olunur, həmçinin orada da bunun o qədər də vacib olmadığı bildirilir).

180 dərəcə qızdırılmış sobaya qoyun. 20 dəqiqədən sonra xəmir şişib, üzərində «dərə-təpə» əmələ gələcək. 40 dəqiqədən sonra isə almoyşavena hazırdır.

Almoyşavena çox nazik və zərif alındığından, onu mətbəx qayçısı ilə doğraya bilərsiniz.
Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT

Almoyşavena resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bilərsiniz, xəmir, sonra, yağlayın, şəkər, darçın, qoyun, içinə, dəqiqədən, Üzərinə, çimdik, nazik, Almoyşavena, qarışdırın, istəyə, reseptdə, donuz, orijinal, budda, yayın
BİZİ İZLƏYİN