• Şaftalılı mimoza resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 217

Tarix : 28-09-2014, 18:00

Bölmə : Foto reseptlər / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 x.q. jelatin
100 ml soyuq su
500 ml portağal şirəsi
50-70 q şəkər tozu
500 ml şirin şərab (şampan)
3-4 şaftalı (yaxud 1 banka (400 q) şaftalı konservi)
200 q çiyələk
Şaftalılı mimoza resepti - FOTO RESEPT


Qeyd: meyvələri ağız dadınıza görə başqaları ilə əvəz edə bilərsiniz. Əsas odur, bərk olmasınlar.

Hazırlanması:
Jelatini tayqulpa qoyub üstünə soyuq su tökün. Üstündə yazılan müddətdən asılı olaraq (15-45 dəqiqə) şişməsini gözləyin.
Şaftalılı mimoza resepti - FOTO RESEPT


Şişmiş jelatinə 100 ml şirə və şəkər tozu əlavə edin. Orta itilikdə ocağın üstə qoyub şəkər tozu və jelatin əriyənədək daim qarışdırın. Qaynatmaq olmaz!
Şaftalılı mimoza resepti - FOTO RESEPT


Şirənin qalanını və şərabı əlavə edin.
Şaftalılı mimoza resepti - FOTO RESEPT


İri dərin siniyə, yaxud, ayrıca formalara süzün.

Şaftalı və çiyələyi doğrayın. Siniyə, yaxud formaların içindəki jelenin üzərinə paylaşdırın.
Şaftalılı mimoza resepti - FOTO RESEPT


Soyuducuda tam donanadək, təxminən 4-5 saat saxlayın.
Şaftalılı mimoza resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, yaxud, qoyub, əlavə, şaftalı, jelatin, soyuq, şərabı, dərin, siniyə, qalanını, ayrıca, Şirənin, qarışdırın, əriyənədək, Qaynatmaq, formalara, olmaz, itilikdə, ocağın
BİZİ İZLƏYİN