• Paşot resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 884

Tarix : 22-10-2014, 16:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Əlbət, Gürcüstanda soyutma yumurta sifariş verən turistin lətifəsi yadınızdadır. Aşpazlar bu yumurtanı necə istiotlamaq lazım olduğunu çox düşünmüşdülər.
Çıxış yolu isə deyəsən, tapılıb.

Paşot yumurta - kisədə olan yumurta deməkdir. Onu müxtəlif üsullarla hazırlayırlar. Yumurtanın sarısı maye halda qalsın deyə onu soyuducuda uzun müddət saxlamaq, 3-10 dəqiqə (istəyə görə) bişirmək lazımdır.

Tərkibi:
yumurta
duz
istiot
göyərti
qida plyonkası
sap
mil (milçə, qarmaq)

Hazırlanması:
Bir fincanın içinə qida plyonkası döşəyin. Bitki yağı ilə yağlayın. Bu, yumurtanın yapışmaması üçündür.
Paşot resepti - FOTO RESEPT


Yumurtanı bu fincanın içinə qırın. Duz, istiot vurun. Plyonkanın qıraqlarını büzün, iplə boğça kimi bağlayın. Çalışın, içində boşluq qalmasın. İpi milə (milçəyə) keçirin.
Paşot resepti - FOTO RESEPT

Paşot resepti - FOTO RESEPT

Paşot resepti - FOTO RESEPT


Qazançanın 1/4-i qədər içinə su tökün. Ocağın üzərinə qoyun. Qabarcıqlar çıxmağa başlayanda yumurta keçirdiyiniz mili qazanın üstünə qoyun. Yumurta suya düşməməlidir. O, qaynayan suyun üzərində bişməlidir. Qazanın qapağını örtüb yumurtanı 5-7 dəqiqə buxarda bişirin.
Paşot resepti - FOTO RESEPT


Hazır olanda yumurtanı buz kimi suyun içinə salın, sonra isə plyonkanı ehtiyatla çıxarın. Əgər yumurtanı düzgün hazırlamısınızsa, o zaman yumurtanın sarısı maye halında qalacaq.
Paşot resepti - FOTO RESEPT


İstəyə görə paşot yumurtanın içinə xırda doğranmış tərəvəz, göyərti, pendir, hətta kolbasa və ya vetçina da əlavə etmək olar.

Paşot yumurtanı, adətən, başqa yeməklərin tamamlayıcısı kimi hazırlayırlar, məsələn, bulyonun içinə salır, yaxud «Sezar» salatı ilə birlikdə süfrəyə verirlər.
Paşot resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: içinə, yumurtanı, yumurta, yumurtanın, plyonkası, hazırlayırlar, sarısı, dəqiqə, göyərti, istiot, fincanın, suyun, Paşot, qoyun, keçirdiyiniz, plyonkanı, salın, başlayanda, sonra, ehtiyatla
BİZİ İZLƏYİN