Tərkibi:1 st un
6 ədəd yumurta
1 st şəkər
0,5 ç/q vanil
Hazırlanması:Biskiviti hazırlamaq üçün iki qab götürülür (qablar tam quru olmalıdır). Yumurtanın ağını sarısından ayırıb ayrı-ayrı qablara tökülür.
1 st şəkərin yarısını yumurtanın ağına, yarısını sarısına tökürük.
Mikserin köməyi ilə yumurtanın ağını çoxlu çalırıq .Mikserle çalınarkən mikserin ağıznın təmiz olmağına diqqət yetirmək lazımdır.Əgər biraz yaş olarsa və ya başqa qalıq olarsa yumurtanın ağı yaxşı şişməyəcək və bərk olmayacaq. Mikserlə o vaxta qədər çalınır ki qabı başı-aşağı tutduğumuzda alınan kütlə tökülməməlidir.
Mikserin ağızları yuyulur, yaxşı qurulanır. Sonra yumurtanın sarısı şəkərlə çalınır (o qədər çalınır ki rəngi açılsın).
Alınan iki kütlə ust-üstə tökülür və silikon qaşıqla yavaş-yavaş qarışdırlır (çox qarışdırmaq olmaz).
Üzərinə ələkdən keçirilimiş un və vanil əlavə olunub silikon qaşıqla qarışdırılır (çox qarışdırmaq olmaz).
Xəmir hazır olan kimi tez bişməyə qoymaq lazımdır. Çünki xəmir kənarda qalarsa sonra yaxşı şişməz. Bunun üçün xəmir diametri 23 sm olan tavaya tökülür.
Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişirilir. Sobanın ağzını 15 dəqiqə ərzində açmaq olmaz. Xəmirin üzü acıq qızılı rəng aldıqda taxta çöplə xəmirin bişməyini yoxlamaq lazımdır.Əgər taxtanın üstündə xəmir yoxdusa deməli biskvit bişib.
Nuş olsun!
Etiketlər: yumurtanın, çalınır, lazımdır, yaxşı, xəmir, olmaz, tökülür, qədər, Mikserin, yarısını, silikon, olarsa, qaşıqla, kütlə, qarışdırmaq, ağını, vanil, dəqiqə, yavaş, Çünki