Tərkibi:4 st. dondurulmuş çəyirdəksiz gilənar
1 st. su
2-4 x.q. şəkər pudrası
konyak - istəyə görə
Hazırlanması:Bütün ərzağı blenderin qabına qoyun.
Eynicinsli kütlə alınanadək çalın.
Bir qaba töküb dondurucuda saxlayın.
2-3 saat ərzində hər yarım saatdan bir çıxararaq çəngəllə qarışdırın.
Sonda bir daha blenderlə çalın. Əgər zərif sorbet xoşlayırsınızsa, bundan dərhal sonra süfrəyə verə bilərsiniz. Yaxud da dondurucuda bir qədər də saxlayın.
Süfrəyə verməzdən öncə otaq temperaturunda 5-10 dəqiqə saxlayın.
Bir dilim tünd şokoladla əla dadır.
Nuş olsun!
Etiketlər: saxlayın, çalın, dondurucuda, bundan, dərhal, sonra, blenderlə, xoşlayırsınızsa, sorbet, süfrəyə, Sonda, zərif, bilərsiniz, dilim, şokoladla, dadır, olsun, dəqiqə, temperaturunda, Yaxud