• Çırpılmış qaymaq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 45 310

Tarix : 2-01-2017, 22:00

Bölmə : Foto reseptlər / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Çırpılmış qaymağı sevən adam çoxdur. Üstəlik evdə çalınmış qaymaq bankalarda satılan kimyadan qat-qat dadlıdır. Qaymaq kulinariyada mühüm rol oynayır: onun neçə cür tətbiqi var! Meyvə salatlarda, südlü kokteylərin üstündən, krem kimi ("şanti" kremi), tortlar üçün bəzək kimi, cürbəcür mussların və dondurmaların vacib tərkib hissəsi kimi istifadə olunur. İndi mən qaymaq çalmağın qaydaları barədə danışacağam, ondan sonra biz onu tez-tez istifadə edəcəyik.

Tərkibi:
qaymaq 33% (qatı qaymaq yox, çalmaq üçün) - 500 ml
şəkər pudrası (xırdalanmış şəkər tozu) - 150 q (yaxud zövgə görə)

Hazırlanması:
Çalmaq üçün yalnız yağlılığı 30%-dan çox olan qaymağı götürə bilərsiz. Çox vacibdir ki, həm qab, həm çəngəllər, həm də qaymaq buzlu olsunlar. Buna görə, çalmaqdan əvvəl onları 15 dəqiqə ərzində buzxanada saxlayın. Sonra isə qaymağı aşağı-orta sürətlə çalmağa başlayın.

Çırpılmış qaymaq resepti - FOTO RESEPT


Qaymaq qatılaşmağa başlayanda mikserin sürətini bir az artırıb tədricən şəkər pudrasını əlavə etməyə başlayın.

Çırpılmış qaymaq resepti - FOTO RESEPT


Kütlə olduqca qatılaşıbsa və üstündən barmaq ilə keçirdəndə iz batmırsa, deməli, çırpılmış qaymaq hazırdır. Çalmağı vaxtında dayandırmaq vacibdir, yoxsa qaymaq laylara ayrılıb yararsız olar.

Çırpılmış qaymaq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qaymaq, şəkər, qaymağı, üstündən, Qaymaq, istifadə, başlayın, vacibdir, aşağı, Sonra, sürətlə, başlayanda, qatılaşmağa, saxlayın, çalmağa, onları, olsunlar, buzlu, çəngəllər, bilərsiz
BİZİ İZLƏYİN