Əslində, bunu çay adlandırmaq düzgün deyil, axı tərkibində çay yarpaqları yoxdur. Amma biz müxtəlif otlardan dəmləmələri də "çay" adlandırırıq. Zəncəfil çayını soyuq günlərdə, xüsusilə dəyişkən havalarda, soyuqdəymə zamanı içmək daha məsləhətlidir, çünki zəncəfilin antiseptik xüsusiyyətləri güclüdür.
Tərkibi (2 fincan):təzə zəncəfil
5-6 hil dənəsi
2 şərid limon sedrası
limon şirəsi - zövqə görə
bal - zövqə görə
Hazırlanması:Zəncəfili sürtgəcdən keçirin, yaxud da bıçaqla çox xırda doğrayın.
Dəm çaynikinə qoyun, hil və limon sedrasını əlavə edin, üstünə 500 ml qaynar su tökün.
Dəmləyin. Üstünü örtüb 5 dəqiqə saxlayın.
Fincanlara süzün. Zövqə görə limon şirəsi və bal əlavə edin.
Nuş olsun!
Etiketlər: limon, zövqə, əlavə, şirəsi, yaxud, bıçaqla, xırda, doğrayın, keçirin, Zəncəfili, şərid, sedrası, Hazırlanması, çaynikinə, sürtgəcdən, sedrasını, saxlayın, dəqiqə, Fincanlara, süzün