Tərkibi:300 ml süd (orta yağlı)
1 xörək qaşığı kakao
50 qram tünd şokolad
1 xörək qaşığı şəkər tozu
Hazırlanması:1. Südü, kakaonu və şəkər tozunu bir qaba tökün. Arada bir qarışdıraraq qaynadın.
2. Şokoladı kiçik parçalara ayırın. Qaynayan bir suyun üstünə qab qoyun və buxarda əridin.
3. Südü fincanlara tökün. Əridilmiş şokoladı üstünə tökdükdən sonra, isti-isti süfrəyə təqdim edin.
Qeyd: İstəyə uyğun olaraq süfrəyə krem, marshmallow, toz darçınla təqdim edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: təqdim, tökün, şəkər, üstünə, xörək, qaşığı, süfrəyə, tökdükdən, şokoladı, fincanlara, əridin, sonra, Əridilmiş, uyğun, darçınla, bilərsiniz, marshmallow, olaraq, buxarda, İstəyə