Tərkibi:
5 böyük limon
13 xörək qaşığı toz şəkər
3 litr su
Təzə nanə (istəyə görə)
Hazırlanması:
Limonu yuyun və incə tərəfdən rəndələyin və şəkəri qoyun.
10 dəqiqə əllərinizlə ovuşdurun.Qalan limon suyunu sıxın və qarışdırın.
Su əlavə edin və 20-25 dəqiqə gözlədin, ara sıra qarışdırın.
3 dəfə süzün.Qrafinə doldurun, soyuducuda bir müddət saxlayın və xidmət edə bilərsiniz.
Nuş olsun!