• Limonlu suyun faydaları

Reseptin məlumatları Baxış sayı: 17 810

Tarix : 4-07-2015, 14:00

Bölmə : İçkilər / Faydalı bitkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Limonlu su
Hər gün səhərlimonlu su istifadə etmək insan orqanizmi üçün son dərəcə faydalıdır. Buyurun, limonlu suyun faydaları.
Limonlu su faydalıdır.

Limonlu su faydaları:

1. Bədəni elektrolitlərlə zənginləşdirir. Limonlu suyun tərkibində kalium, kalsiyum və maqnezium kimi elektrolitlər çox miqdarda olur.

2. Oynaq və əzələ ağrılarına qarşı faydalıdır.

3. Tərkibindəki limon turşusu həzmi asanlaşdırır.

4. Limonlu su qaraciyərin ferment ifrazatını artırır.

5. Limonlu su qaraciyəri təmizləyir, toksinlərdən arındırır.

6. Tənəffüs sistemi infeksiyalarına, boğaz ağrısına və badamcıq şişmələrinə qarşı faydalıdır.

7. İlıq limonlu su içmək, bağırsaq hərəkətlərini nizamlamaq üçün təsirli vasitədir.

8. Metabolizmanın çalışmasını tənziləyir. Çox qüvvətli antioksidantdır. Buna görə də immun sistemini gücləndirir.

9. Limonun tərkibində çox miqdarda kalium olduğu üçün limonlu su sinir sistemini də dəstəkləyir.

10. Qanı, damarları və arteriaları təmizləyir.

11. Yüksək təzyiqə qarşı faydalıdır. Hər gün içildiyi təqdirdə yüksək təzyiqi 10% nisbətində azaldır.

12. Bədənin pH dəyərini yüksəldir. İnsan bədəninin pH dəyəri nə qədər yüksək olsa, xəstəliklərlə mübarizədə bir o qədər müvəffəqiyyətli olur.

13. Həmilələr üçün faydalıdır. Tərkibindəki C vitamini ana bətnində körpənin inkişafına kömək edir.

14. Mədə yanmalarına qarşı faydalıdır.

15. Böyrək, pankreas və öd kisəsi daşlarına qarşı təsirli bir vasitədir.

16. Kilo verdirir. Tərkibindəki liflər, insanda toxluq hissini artırır.

17. Diş ağrısı və diş əti problemlərinə qarşı faydalıdır.

18. Limonlu suyun xərçəngin qarşısını alma xüsusiyyəti var. Limon, insan bədənində xərçəngin inkişafının qarşısını alan qələvi mühit yaradır. Belə mühitdə xərçəng irəliləyə bilmir.
Etiketlər: faydalıdır, Limonlu, qarşı, suyun, limonlu, Tərkibindəki, miqdarda, kalium, xərçəngin, tərkibində, artırır, qədər, təsirli, vasitədir, təmizləyir, qarşısını, sistemini, insan, faydaları, yüksək
BİZİ İZLƏYİN