• Metabolizmanı sürətləndirən zəifləmə çayı resepti

Reseptin məlumatları Baxış sayı: 17 138

Tarix : 25-06-2015, 22:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Limon: 0,5 ədəd
Zəncəfil: kiçik parça
Mixək: 8 və ya 10 ədəd
Darçın: 2 çubuq
Su: 5 stəkan
Cəfəri: 1/4 dəstə
Yaşıl alma: bir neçə dilim. İstəyə görə

Hazırlanması:
Metabolizmanı sürətləndirən zəifləmə çayı hazırlamaq üçün əvvəlcə limonu və zəncəfili yuyun. Sonra bunların hər ikisini bir neçə parçaya doğrayın. Doğradığınız limon və zəncəfil dilimlərini sonra bir qazana qoyun. Üzərinə su, darçın və mixək əlavə edin. Ocağı işə salın. Qaynamağa başladıqdan sonra 2-3 dəqiqə qaynadın. Sonra üzərinə yuyulmuş cəfərini də əlavə edin. Metabolizmanı sürətləndirən zəifləmə çayını 3 dəqiqə cəfəri əlavə edildikdən sonra yenə qaynadın. Sonra ocağın üzərindən götürün. Soyumasını gözləyin.

Nuş olsun!

Metabolizmanı sürətləndirən zəifləmə çayının istifadə qaydası:
Çayı hər gün hazırlamaq daha faydalı olar. Bu zaman hər gün təzə çay içmiş olarsınız və bu daha çox faydalı olar.
İstifadə müddəti: Gündə 3 dəfə.
Hər dəfə yeməkdən 15 dəqiqə və ya yarım saat əvvəl.
Ac qarına böyük bir stəkan.

Metabolizmanı sürətləndirən zəifləmə çayı faydaları:

Cəfəri:

Cəfəri metabolizmanı sürətləndirir. Sidikqovucudur. Qarın yağlarını əritməyə faydası var. Bədəndəki şişlikləri azaldır, artıq suları vücuddan adır.

Limon:
Zəifləməyə kömək edir. Yağları yandırır. Sidikqovucudur. İltihabın qarşısını almaq xüsisiyyəti var. Qan şəkərini tənzimləyir və insana toxluq hissi verir.

Darçın:
İnsanı tox tutmağa kömək edir. Qan şəkərini tənzimləyir və kilo verməyə kömək edir.

Mixək:
Qaz sökücüdür. Ürək bulanmasının qarşısını alır, ağızda xoşagəlməz iylərin qarşısını alır. Qusmanı əngəlləyir.

Zəncəfil:
Metabolizmanı sürətləndirir. Aclıq hissinin qarşısını alıb insanı tox tutur. İştah kəsicidir. Bədəndəki artıq yağların yanmasını asanlaşdırır.
Etiketlər: Metabolizmanı, qarşısını, zəifləmə, sürətləndirən, əlavə, Cəfəri, Sonra, sonra, dəqiqə, kömək, artıq, qaynadın, Bədəndəki, hazırlamaq, Sidikqovucudur, Limon, Darçın, Mixək, stəkan, şəkərini
BİZİ İZLƏYİN