• Stəkanda südlü-meyvəli kokteyl resepti

Reseptin məlumatları Baxış sayı: 17 544

Tarix : 10-07-2015, 16:00

Bölmə : İçkilər / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yarım qovun,
1 ədəd ərik,
6 dənə çiyələk,
15 dənə albalı,
2 ədəd kivi,
1 qutu krem şanti,
Yarım stəkan süd,
Qarışıq meyvə suyu,

Bəzəmək üçün:
Nanə yarpaqları,

Hazırlanması:
Stəkanların üçdə birini qarışıq meyvə suyu ilə doldurun.
Qovunu böyük dilimlər halında , ərikləri və kiviləri isə kiçik parçalar halında kəsib stəkanlara yığın.
Albalı və çiyələkləri isə bütöv halda stəkanlara yığın.
Krem şantini südlə çırparaq stəkanlara tökün.
Təzə nanə yarpaqları ilə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: stəkanlara, yığın, halında, meyvə, yarpaqları, Yarım, servis, Albalı, olsun, parçalar, kiçik, çiyələkləri, kəsib, bütöv, südlə, çırparaq, bəzəyərək, şantini, halda, kiviləri
BİZİ İZLƏYİN