• Qırmızı yarpaqlı reyhan şərbəti resepti

Reseptin məlumatları Baxış sayı: 16 005

Tarix : 16-07-2015, 18:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Su: 1-1,5 litr
Qırmızı yarpaqlı reyhan: 2 orta ölçülü dəstə
Şəkər
Limon duzu

Hazırlanması:
Reyhan şərbəti hazırlamaq üçün əvvəlcə reyhanlar bol su ilə təmizyuyulur. Təmizlənib yuyulan reyhanlar bir qazana qoyulur. Qazandakı təmiz reyhanların üzərinə limon turşusu və ya sıxılmış limon suyu əlavə edilir.
Reyhan yarpaqlarının üzərinə limon suyu əlavə etdikdən sonra qazanın qapağı bağlanır və 20-30 dəqiqə gözlədilir.
20-30 dəqiqə ağzı bağlı qazanda gözlədilən limonlu reyhanın üzərinə 1 stəkan qaynar su əlavə edilir. Üzərinə qaynar su tökülən reyhan yarpaqları bira dəmlənməsi üçün gözlədilir. Bundan sonra limonlu reyhanların olduğu qazana su əlavə edilir. İçərisində su və reyhan olan qazan ocaqda vam odun üzərində qaynadılır. Biraz qaynadıqdan sonra şərbətə toz şəkər əlavə edilir. Üzərinə şəkər tozu əlavə edilən su və reyhan qarışığı bir neçə dəqiqə yenə qaynadılır. Bu, bir neçə dəqiqə davam edir.
Bundan sonra şərbət soyumağa buraxılır. Soyuyan şərbətin içərisindəki yarpaqlar təmizlənir və reyhan şərbəti süzülür.
Şərbət, süfrəyə soyuq halda verilir.
Reyhanı yuyub qazanın dibinə yığın. Limon turşusu və ya limon şirəsi sıxın. Qapaqla qazanı bağlayıb 20-30 dəq. saxlayın. Sonra qaynar su (1 stəkan) üstünə töküb saxlayın.
Suyu qazana töküb qaynadın. Qaynayandan sonra şəkər əlavə edin və bir neçə dəqiqə yenə qaynadın.
Soyuyandan sonra reyhanın yarpaqlarını yığıb içkini süzün.
Süfrəyə soyuq halda verilir.
Qeyd: reyhan şərbəti çəhrayı rəngdə olur

Nuş olsun!
Etiketlər: əlavə, reyhan, sonra, dəqiqə, limon, edilir, üzərinə, qazana, şərbəti, qaynar, şəkər, soyuq, qaynadılır, turşusu, halda, saxlayın, gözlədilir, Bundan, Üzərinə, stəkan
BİZİ İZLƏYİN