• Ev üsulu buzlu çay resepti

Reseptin məlumatları Baxış sayı: 22 259

Tarix : 21-07-2015, 20:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
2 stəkan çay dəmi
2 çay qaşığı toz şəkər
2 ədəd orta ölçülü şaftalı
4 halqa limon dilimi
4 ədəd nanə budağı

Hazırlanması:
Çayı dəmləmədən soyuq suyun altında tutub yuyun. Sonra 2 stəkan dəm əldə edəcək şəkildə dəmləyin.

Çayı dəmləyərkən 5 çay qaşığı quru çay istifadə edin.

10 dəqiqə dəmlədikdən sonra isti-isti su qabına boşaldın. Şəkər istifadə etmək istəyirsinizsə, onu da isti-isti əlavə edin və qarışdırın.

İlıq çaya limon dilimləri də əlavə edin və qarışdırın.

Bir ədəd şaftalını yuyun, soyun və dilimləyin.
Şeftalinin birini, yıkayın, soyun ve dilimleyin. Kiçik bir qazanda bunları 2,5 stəkan su ilə 20 dəqiqə vam odda bişirin.

Bişmiş şaftalını suyu ilə birlikdə çay dəminə əlavə edin.

Sonra bunları soyuducuda soyumağa qoyun.
Digər şaftalını yuşub dilimləyin. Buz istifadə ediləcəksə buzu stəkanlara qoyun.

Servis edərkən stəkanlara buz, təzə doğranmış limon dilimi və nanə yarpağı ilə təqdim edin. Digər limon dilimləri qabda qalsın.

Daha çox nanə dadı istəyirsinizsə, çayı soyuducuda soyutmağa qoyanda içərisinə nanə əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, limon, şaftalını, istifadə, stəkan, qarışdırın, istəyirsinizsə, dəqiqə, soyun, dilimləyin, qoyun, Digər, soyuducuda, bunları, Sonra, stəkanlara, dilimləri, qaşığı, yuyun, dilimi
BİZİ İZLƏYİN