• Ayran resepti

Reseptin məlumatları Baxış sayı: 16 059

Tarix : 17-03-2016, 16:00

Bölmə : İçkilər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 4-6


Tərkib:
Qatıq: 2/3 litr (yağlı qoyun qatığı olması daha yaxşıdır)
Soyuq su: 2 litr (qazlaşdırılmış su da ola bilər)
Şüyüd (istəyə görə)
Xiyar (istəyə görə)
Quru nanə (istəyə görə)
Duz

Hazırlanması:
Ayran hazırlamaq üçün qatıq az-az bir qaba tökülür. Burada əvvəlcə qatıq möhkəm qarışdırılaraq əzilir. Sonra su ilə qarışdırılır. Xırda doğranmış şüyüd və duz əlavə edilir. Sürtkəcdən keçirilmiş xiyar da əlavə etmək olar.

Ayran soyuq halda içilməsi məsləhət olan içkidir.

Nuş olsun!
Etiketlər: istəyə, Ayran, qatıq, əlavə, Sonra, qarışdırılır, Xırda, məsləhət, əzilir, möhkəm, qarışdırılaraq, içkidir, içilməsi, doğranmış, xiyar, etmək, soyuq, keçirilmiş, Sürtkəcdən, şüyüd
BİZİ İZLƏYİN