• Ədviyyatlı isti şokalad resepti

Reseptin məlumatları Baxış sayı: 16 648

Tarix : 12-03-2016, 23:00

Bölmə : İçkilər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2


Tərkibi:
1 fincan süd
10 qram bitter şokalad
10 pram südlü şokalad
1/4 kiçik qaşıq darçın
1/4 kiçik qaşıq zəncəfil tozu
1/4 kiçik qaşıq qırmızı bibər
Musqat qozu rəndəsi (yel qozu)

Ədviyyatlı isti şokalad üstü üçün:
1 xörək qaşığı krema
Kakao

Hazırlanması:
Ədviyyatlı isti şokalad hazırlanma qaydası:

Krema çırpılır və soyuducunun buzluğuna qoyulur

Qalan bütün materiallar yaxşıca qarışdırılır, Qəhvə bişirilən qabda (cəzvə) bişirilir.

Bişdikdən sonra bir fincana qoyulur. Fincandakı isti şokalad içkisinin üzərinə çırpılmış krema qoyulur.

Bundan sonra ən üsttən də kakao tozu səpilir.

Qeyd:
İsti şokaladı sadəcə bitter şokalad və ya sadəcə südlü şokaladla da hazırlamaq mümkündür. Şokaladın növünə görə içki ya biraz acı, və yaxud da biraz daha şirin olacaq.

Qeyd:
Əgər o gün tort bişirmisinizsə çırpılmış krema yerinə tortdan artıq qalan krem şanti də istifadə etmək mümkündür.

Nuş olsun!
Etiketlər: Fincandakı, şokalad, qaşıq, qoyulur, krema, kiçik, Ədviyyatlı, sadəcə, sonra, çırpılmış, mümkündür, biraz, bitter, südlü, üsttən, etmək, kakao, şanti, səpilir, Bundan, istifadə
BİZİ İZLƏYİN