• Mojito kokteyli resepti

Reseptin məlumatları Baxış sayı: 29 003

Tarix : 10-02-2016, 21:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : Yox


Tərkibi:
2 ç/q şəkər tozu
6-8 ədəd nanə yarpağı
qazlı su
1 yaşıl limon ( başqa adı laym)
100 qr rom (rom- spirtli içkidi)

Qeyd: spirtli içki içməyənlər romsuz da hazırlaya bilər

Hazırlanması:
1. Böyük bir kokteyl stəkanına şəkər və nanə yarpaqlarını qoyun.

2. Üzərinə bir az qazlı su tökün.

3. Şəkərin əriməsi və nanənin dadı çıxması üçün toxmaqla yaxşı əzin.

4. Limonun 2/3 hissəsini stəkana sıxın.

5. 1/3 hissəsini stəkanın içinə qoyun.

6. Rom əlavə edin.

7. Hamısını yaxşı qarışdırın.

8. Stəkanın içini buz parçalariyla doldurun.

9. Stəkan dolana kimi qazlı su tökün.

10. Sonda nanə ilə kokteyli bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qazlı, hissəsini, spirtli, yaxşı, şəkər, tökün, qoyun, çıxması, içinə, əlavə, stəkanın, stəkana, Limonun, Hamısını, toxmaqla, sıxın, Stəkanın, kokteyli, Sonda, bəzəyə
BİZİ İZLƏYİN