• Ayran resepti

Reseptin məlumatları Baxış sayı: 22 722

Tarix : 24-02-2016, 17:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan qatıq
1 stəkan süd
1,5 stəkan su
yarım dessert qaşığı duz

Hazırlanması:
1. İstifadə edəcəyiniz qatıq qaymaqsız olmalıdı. Əgər qaymağı varsa qaymaqlarını götürmək lazımdı.

2. İki stəkan qatığı dərin bir qabda mikserlə və ya çəngəllə yaxşı qarışdırın.

3. Südü yavaş-yavaş əlavə edib, mikserlə qarışdıraraq qatığa tam yedizdirin.

4. Ayranın köpüklü olması üçün qarışdıran zaman ele etməlisiniz ki içinə hava girsin.

5. Sonda su əlavə edirin. (suyun miqdarını zövqünüzə görə nizamlayın)

6. Su əlavə edən zaman ayranın dadına baxın.İstədiyiniz kimi olduqda duz əlavə edin.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, zaman, yavaş, qatıq, mikserlə, qarışdıran, qarışdıraraq, etməlisiniz, olması, köpüklü, qatığa, içinə, Ayranın, yedizdirin, edirin, baxın, dadına, İstədiyiniz, olduqda
BİZİ İZLƏYİN