Tərkibi:1 su stəkanı çiy badam
5 su stəkanı içmə suyu
Hazırlanması:Gecədən suda gözlətdiyiniz badamları, qabıqlarının asanca soyulması üçün isti suyun içinə qoyub 5 dəq. qədər gözlədin.
Qabıqlarını soyduqdan sonra yaxşıca yuyun.
4 su stəkanı su ilə mətbəxt robotuna qoyub, əvvəl yavaş dövrdə, sonra sürətli dövrdə tamamilə ağlaşıb üstü köpükləşənə qədər təxminən 1-2 dəq. qarışdırın.
Sonra süzgəc vasitəsiylə süzün.
Badam südünüzü bir az duz və şəkər tozuyla dadlandıra bilər, ya da heç dadlandırmadan sadə içə bilərsiniz.
Bütün bitki mənşəli südlər kimi badam südünü də bütün südlü şirinlərdə, keks və tortlarda, süd tələb edən bütün reseptlərdə inək südü yerinə istifadə edə bilərsiniz.
Süzgəcimizdə südü süzərkən qalan artıqları da keks və peçenyelərdə istifadə etmək olar.
Nuş olsun!
Etiketlər: stəkanı, qoyub, istifadə, qədər, dövrdə, sonra, bütün, bilərsiniz, badam, mənşəli, südünüzü, südlər, südünü, bitki, şəkər, bilər, dadlandıra, Bütün, tozuyla, dadlandırmadan