• Şaftalılı buzlu çay resepti

Reseptin məlumatları Baxış sayı: 15 127

Tarix : 6-01-2016, 20:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkanı dəmli çay,
2 ədəd şaftalı,
6 stəkan su,
1 su stəkanı şəkər,
1 çay qaşığı limon duzu,
1 ədəd limon,

Hazırlanması:
Əvvəlcə şaftalını təmiz yuyun.
Yuyulan şaftalının suyunu dəsmal ilə silin.
Sonra həmən şaftalıları iri parçalara bölüb qazana alın.
Üzərinə 6 stəkan suyu əlavə edib qaynamağa qoyun.
2 yemək qaşığı ətirli çay və 1 yemək qaşığı normal çayı 3 stəkan suyla dəmləyin.
Şaftalılar təmiz yumşalıncaya qədər bişirib altını söndürün.
20 dəqiqə o şəkildə saxlayın və sonra cunadan süzün.
Çay dəmləndikdən sonra onu da eyni qaydada süzün.
Çayı da süzdüyünüz suya əlavə edin.
1 su stəkanı şəkər, limon duzu və 4 parçaya bölünmüş limonu süzdüyünüz suya əlavə edib qarışdırın.
Soyuduqdan sonra soyuducuya qoyun.
Ertəsi gün limonları içindən alın (Limon çox qalarsa çayınızın dadı dəyişər.)
Hazırladığınız çay 2 gün içərisində tükədilməlidir.
Soyuq halda servis edin.

Nuş olsun!
Etiketlər: limon, stəkanı, əlavə, qaşığı, sonra, stəkan, şəkər, təmiz, süzdüyünüz, yemək, süzün, qoyun, qaydada, şəkildə, parçaya, bölünmüş, dəmləndikdən, söndürün, limonu, dəqiqə
BİZİ İZLƏYİN