Tərkibi:1,5 st. su
2 dolu x.q. təzə zəncəfil
1 st. süd
2 ç.q. qara çay (iriyarpaq)
3 ç.q. şəkər tozu (zövqə görə)
Hazırlanması:Dərin tavaya 1,5 st. su töküb qaynadın.
Zəncəfilin qabığını təmizləyin, sürtgəcin xırda gözündən keçirin (2 x.q. lazımdır). Zəncəfilin qalanını soyuducuya qoyun.
Su qaynayanda 3 ç.q. şəkər tozu səpin (az və ya çox da ola bilər), zəncəfili əlavə edib 1-2 dəqiqə qarışdırın.
Suyun rəngi saralanda 2 x.q. quru çay əlavə edib 1 dəqiqə dəmləyin.
Sonra südü əlavə edin, qaynara düşəndə ocağı söndürün, tavanın qapağını qoyub çayı 4-5 dəqiqə dəmləyin.
Fincanlara süzgəcdən süzün.
Süfrəyə şirniyyat və quru meyvə ilə verə bilərsiniz.
Qeydlər:
Şəkər tozu yerinə bal götürə bilərsiniz.
Adətən zəncəfili dəmləyərkən suya 1-2 mixək, darçın çubuğu, yaxud 1 ç.q. üyüdülmüş hil də əlavə edirlər.
Qara çay əvəzinə yaşıl çay götürmək olar.
Soyuqdəymə, boğaz ağrısı, yorğunluq və üşütməniz olarsa, bu çaya 25-30 q rom əlavə edə bilərsiniz. Belə halda o, qızdırmanı da salır.
Zəncəfilin "doza"sını artırmayın. Çünki allergiyaya səbəb ola bilər.
Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, Zəncəfilin, bilərsiniz, şəkər, bilər, dəmləyin, zəncəfili, mixək, çubuğu, yaxud, darçın, götürə, meyvə, şirniyyat, Süfrəyə, Qeydlər, Şəkər, Adətən, yerinə