• Sərinləşdirici içki resepti

Reseptin məlumatları Baxış sayı: 21 065

Tarix : 27-07-2014, 01:54

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
Yarım qaşıq limon suyu
300 qram şəkər tozu

Hazırlanması:
İlk olaraq bir litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edib qaynadın.

Qaynadıqdan 2-3 dəqiqə sonra onu sobadan götürüb soyumağa qoyun. Bu vaxt ayrı qabda 2 ədəd xiyarın içini çıxarıb qabıq tərəfini xırda xırda doğrayın.

Qaba tökünb üzərinə limon suyu əlavə edin.
Qaynadılmış suyun üzərinə bu qarışığı əlavə edin. Onu şüşə yaxud plastik bir qaba tökərək soyuducuya qoyun.

2-3 saat soyuducada saxlayın və budur bol vitaminli yay içkiniz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, limon, şəkər, üzərinə, qoyun, xırda, dəstə, Yarım, Qaynadılmış, suyun, çıxarıb, doğrayın, qarışığı, qabıq, tərəfini, tökünb, tökərək, vitaminli, içkiniz, hazırdır
BİZİ İZLƏYİN